Qırmızı.az
Jurnalistika ixtisası üzrə qeydiyyat müddəti uzadıldı
“Jurnalistika” ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı müddəti uzadılır.
Bu barədə Publika.Az-a Tələbə Qəbulu üzrə Dövlət Komisisyasının mətbuat xidmətindən məlumat verilib.
Jurnalistika ixtisasında təhsil almaq istəyən bakalavrlar aprelin 4-dən 10-dək TQDK-nın internet saytında müvafiq səhifədə (http://eservices.tqdk.gov.az/erizemag/) jurnalistika üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq anket sorğusunu doldurmaqla qeydiyyatdan keçiblər. Bu müddət ərzində cəmi 23 nəfər qeydiyyatdan keçib. Buna görə də, TQDK-a qeydiyyat üçün nəzərdə tutulmuş müddətin 14 aprel saat 9:00-a qədər uzadılması barədə qərar qəbul edib. Beləliklə, ixtisasından asılı olmayaraq müsabiqə şərtini ödəmiş bütün bakalavrlar 14 aprel saat 9:00-dək qeydiyyatdan keçə bilərlər.
Xatırladaq ki, cari ildə “Jurnalistika” ixtisası üzrə magistraturada ümumilikdə 43 yer ayrılıb ki, bunlardan 25-i dövlət sifarişi üzrədir.
Qeyd edək ki, 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq müsabiqədə iştirak edə bilər.
Gülxar
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu