Alimdən yeni təklif - Rum rəqəmlərindən də imtina edilsin
Bizi izləyin

Qırmızı.az

Alimdən yeni təklif - Rum rəqəmlərindən də imtina edilsin

"Rum rəqəmləri qarışıqlığa səbəb olur".

Bu təkliflə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi Cahid İsmayıloğlu çıxış edib: "Təklif edirəm ki, yazımızda Rum (Roma) rəqəmlərinin (I, V, XX, C, CL) istifadəsindən imtina edək. Rəqəmləri ya sözlə, ya da ərəb rəqəmlərinin şəkilçi ilə əlaqələnməsi (1-ci,5-ci,10-cu,21-ci) şəklində yazaq".

C.İsmayıloğlu təklifini belə əsaslandırıb: "Rum (Roma) rəqəmləri göz yaddaşında yaxşı qalmır, yazıda səliqəni pozur, kompüterdə və çapda uyğunsuzluq yaradır. Rum rəqəmləri həmçinin internet axtarış sistemlərində qarışıqlığa səbəb olur", - deyə gənc alim vurğulayıb.

Xatırladaq ki, Cahid İsmayıloğlu bir müddət öncə Azərbaycanda rus dilində təhsilin ləğv edilməsi təklifi ilə çıxış etmiş, onun bu fikri ciddi mübahisələrə səbəb olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm