Qırmızı.az
Xəzərdən Kosmosa göndərilən video-kasetlər – Cəhənnəmin sirləri
Bu həftəni Bakı küçələrindəki “cəhənnəmlə” başladıq.
Müxalifətimiz, daha doğrusu “müxalifət biz” deyənlər toplaşdılar,
danışdılar, “hamınız cəhənnəm odunda yanacaqsınız” deyib,
dağılışdılar. (http://publika.az/p/150718).
Şeyx Nəsrullah yada düşür. Təsəvvür edin, indi olsaydı
Nəsrullah, AXCP mitinqində iştirak etmədiyimizə görə bizi cəhənnəmə
düşməkdən xilas edərdi. Biz də hər dəfə istirahət günümüzü
cəhənnəmə düşmək qorxusu ilə yaşamazdıq.
Amma burada qəribə nələrsə var ha. Təsəvvür edin, bizi cəhənnəmlə,
daha dərinə getsək, “inkir-minkirlə” qorxudandan sonra xəbər
yayıldı ki, Xəzər dənizinin dibində yadplanetlilər var, özlərinə
baza qurublar və qızları qaçırıb intim münasibətlərin sirlərini
öyrənirlər. (http://publika.az/p/151212).
Gülməyin, gülməyin vaxtı deyil, bir az düşünün. Bütün ölkə
cəhənnəmdə yanmaqla təhdid olunur, ardında da Xəzərdə
yadplanetlilərin olması xəbəri yayılır. Burada nəsə bir əlaqə
olduğu şübhəsizdir.
Amma bu yadplanetlilərin də başı uzunsov olduğu üçün beyinləri
toyuq kimi fikirləşir. O boyda kosmosu keçib gəliblər ki, Yerdə
intim münasibətləri öyrənsinlər. Halbuki, xəbər eləsəydilər, onlara
yaxşı-yaxşı videolar göndərər, yataq otağından tutmuş masaj
salonlarına qədər qaranlıq həqiqətləri başa salar
(http://publika.az/p/150974), planetin bacısı ilə
evlənən, əmisi qızını sevən liderlərindən başlamış
(http://publika.az/p/151303), yataqda necə davranmağa
qədər (http://publika.az/p/151396) hər şeyi öyrədərdik. Yetər
ki, siz siqnal ötürün. (http://publika.az/p/151441).
Biz sizlərə kosmosun şüşə kimi asfaltında necə “avtoşluq” etməyi
öyrədər (http://publika.az/p/151252), xərçəngin dərmanını
göndərər (http://publika.az/p/151188), şou-biznes aləmindən
(http://publika.az/p/151433), Putinin “seksual
bacısı”ndan (http://publika.az/p/151269) danışardıq. İndi özünüz
bilin, biz iqtisadi vəziyyətin yaxşı olmadığı bir vaxtda Xəzərə
düşmək üçün pul xərcləməyinizi istəmirik.
Bunun qarşılığında sizdən bir ricamız var. Bizə bu cəhənnəmin nə olduğunu başa salın, sirlərini öyrədin. Biz də görək mitinqə çıxmağa dəyər, yoxsa yox...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO