Qırmızı.az
Sabah Ay tutulacaq
Sabah 2014-cü ilin ilk Ay tutulması baş verəcək. Proses 3 saat 35 dəqiqə davam edəcək.
Bu barədə Publika.Az- a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov deyib. Onun sözlərinə görə, Ay tutulması aprelin 15-də Bakı vaxtı ilə saat 10:58-də başlayacaq, 14:33-də başa çatacaq. Maksimal vaxtı 12:46 olacaq. Gündüz olduğuna görə, bu hadisəni Azərbaycandan müşahidə etmək mümkün olmayacaq. Ay tutulması Rusiyanın Şərqində, Sakit Okean və Amerikada müşahidə ediləcək.
X.Mikayılov bu il ərzində baş verəcək digər Günəş və Ay tutulmaları barədə də məlumat verdi.
“İkinci Ay tutulması oktyabrın 8-də olacaq. Bakı vaxtı ilə 14:15-də
başlayacaq, 17:34-də başa çatacaq. Bu tutulma Asiya, Avstraliya,
Sakit Okean və Amerikada müşahidə ediləcək. İlk Günəş tutulması
aprelin 29-da Bakı vaxtı ilə 08:54-də başlayıb, 13:14-də başa
çatacaq. Bu Avstraliya, Hind Okeanı və Antarktidada müşahidə
ediləcək. İkinci tutulma isə oktyabrın 24-də baş verəcək. Bu da
Bakı vaxtı ilə 00:40 dəqiqədə başlayacaq 04:52-də başa çatacaq. Bu
proses də Şimalı Amerika, Rusiyanın ABŞ-a yaxın ərazilərində
müşahidə ediləcək. Bu il ərzində baş verəcək Günəş və Ay
tutulmaları Azərbaycanda müşahidə edilməyəcək”.
X.Mikayılov onu da bildirdi ki, Ay və Günəş tutulmalarının insana heç bir fizioloji təsiri yoxdur, sadəcə psixikasında zəiflik olanlarda müəyyən dəyişiklik ola bilər. İnsanlar məsələyə sadə təbiət hadisəsi kimi yanaşıb, qəbul etməlidirlər. Direktor müavini tutulmaların seysmoloji aktivliyə təsir etməsinə də münasibət bildirdi:
“Bu barədə seysmoloqlar daha dəqiq məlumat verə bilər. Amma deyə bilərik ki, tutulmalar seysmoloji aktivliyə səbəb ola bilməz. Yalnız Günəşdə aktivlik qeydə alınanda, zəlzələ ocaqlarında aktivlik olur, bu da 11 ildə bir dəfə müşahidə edilir. Günəş 3 il yaxın maksimumda oturur və bu vaxt da seysmoloji aktivlikdə artım olması ilə bağlı statistika da var. Lakin bəzən Günəşdə aktivlik olmasa da, güclü zəlzələlər baş verir. Bu hərəkətlə bağlı məsələdir. Ay bədirlənmiş halda Yerlə Günəşin arasında olduqda baş verir. Günəş tutulması Ayın Günəşin qarşısına keçməsi nəticəsində baş verir. Bu hadisələrin hər ikisi ildə iki dəfə müşahidə olunur”.
Gülxar
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ