“Azərbaycanda 500 min hektarda bitki yetişdirmək mümkün deyil”
Bizi izləyin

Qırmızı.az

“Azərbaycanda 500 min hektarda bitki yetişdirmək mümkün deyil”

“Azərbaycanda 500 min hektarda bitki yetişdirmək mümkün deyil”

Azərbaycanda 500 min hektar torpaqda şoranlaşma olduğundan orada bitki yetişdirmək mümkün deyil. Şoranlaşma, erroziya torpağın xəstəliyidir.

Publika.Az-ın məlumatına görə, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycanın əsas kənd təsərrüfatı sahəsi Kür-Araz ovalığıdır. Bu ərazinin də mənfi relyef səviyyəsinə məxsus olduğunu deyən Q.Məmmədov qeyd edib ki, qrunt suyunun səviyyəsi qalxanda burada şorlaşma baş verir: “Bunun nəticəsində də orada bitki əkmək mümkün deyil. Mövcud problemin qarşısını almaq üçün kollektor-drenaj işləməlidir ki, qrunt suyunun səviyyəsi aşağı düşsün və kənd təsərrüfatı bitkilərinə ziyan dəyməsin. Bu da təxminən 500 min hektar ərazini əhatə edən zəif, orta, şiddətli dərəcədə şorlaşma sahələridir”.

Q.Məmmədov qeyd edib ki, Gürcüstanla sərhəd məsələsində yenilik yoxdur. Ekspertlər səviyyəsində danışıqların getdiyini deyən komitə sədri vurğulayıb ki, Gürcüstan tərəfindən diplomatik yolla dəvət olandan sonra bu məsələyə baxılacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm