Qırmızı.az
Yardımlıda gecə bir aptek və iki mağaza qarət edilib
Ötən gecə Yardımlıda, bir aptek, iki mağaza olmaqla oğurluq hadisələri törədilib. Hadisələrin kim və ya kimlərsə tərəfindən törədildiyi məlum deyil.
Baş verən oğurluqlar nəticəsində vətəndaşlara külli miqdarda
ziyan dəyib.
Hər 3 oğurluq hadisəsi ötən gecə Yardımlı şəhərinin Heydər Əliyev
prospektində baş verib. Arus kənd sakini Bəşir Mustafayev polisə
müraciət edərək, müdiri olduğu 146 saylı aptekdən 80 manat nağd
pulun və aptekə məxsus möhürün naməlum şəxslər tərəfindən
oğurlandığını bildirib.
Oğru və ya oğrular daha sonra, aptekə bitişik, Camal Mədət oğlu
Abıyevə məxsus mağazaya daxil olaraq içərisində 3030 manat pul olan
1 ədəd seyfi, 600 manat nağd pulu, müxtəlif adda siqaretlər, təqaüd
kartları, müxtəlif növ çayları oğurlayıblar.
Əldə etdikləri qənimətlərlə qane olmayanlar daha sonra, Müşviq
Bədirova məxsus ticarət köşkünə üz tutblar. Burada 315 manat nağd
pul, 1 ədəd “Sony” markalı DVD, 1 ədəd “NOKİA-6300” markalı mobil
telefon, müxtəlif növ siqaret və şokaladları oğurlayıblar.
Artıq hadisə yerinə Yardımlı rayon polis şöbəsinin əməkdaşları
tərəfindən baxış keçirilib. Əl və barmaq izləri götürülərək
ekspertizaya göndərilib.
Hər üç oğurluq faktı ilə əlaqədar Yardımlı RPŞ - də araşdırma
aparılır. /Gun.az/
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal3 May 19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat3 May 19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI