Qırmızı.az
Qabiliyyət imtahanının vaxtı bəlli oldu
Jurnalistika üzrə magistraturaya qəbul üçün qabiliyyət imtahanına bakalavrlar aprelin 22-dən 24-dək qabiliyyət imtahanı verməlidir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) publika.az-a verilən məlumata görə, qeydiyyatdan keçmiş bakalavrlar aprelin 18-dən başlayaraq TQDK-nın internet saytında müvafiq səhifəyə (http://eservices.tqdk.gov.az/ erizemag/) daxil olaraq, "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və buraxılış vərəqəsində göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.
Bakalavr qabiliyyət imtahanına gələrkən dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) da qovluqda Qabiliyyət imtahanı komissiyasına təqdim etməlidir. Qabiliyyət imtahanına qeydiyyatdan keçmiş, lakin dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazıları (çıxışları) olmayan bakalavrlar da qabiliyyət imtahanında iştirak etməlidirlər.
Azərbaycanda 2014-2015-ci tədris ili üçün jurnalistika ixtisası üzrə magistraturaya qəbul olmaq üçün cəmi 25 bakalavr sənəd verib.
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda