Qırmızı.az
Cəlal Əliyevə mükafat təqdim edildi - Siyahı
Milli Elmlər Akademiyasının 7 alimi Azərbaycanın görkəmli alimlərinin adlarını daşıyan mükafatlara layiq görülüblər. Aprelin 18-də mükafatlar sahiblərinə təqdim edilib.
Mükafat alan şəxslərin siyahısını təqdim edirik:
Akademik Çingiz Qacar - fizika elmi sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Nəsirəddin Tusi adına mükafatı;
akademik Cəlal Əliyev və AMEA-nın müxbir üzvü İradə Hüseynova - kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Həsən bəy Zərdabi adına mükafat;
akademik Ömər Eldarov - Azərbaycan mədəniyyətinin və monumental heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə akademik Üzeyir Hacıbəyli adına mükafat;
akademik Böyükkişi Ağayev - səhiyyənin və tibb elminin fundamental, tətbiqi sahələrinin inkişafındakı çoxillik xidmətlərinə və nailiyyətlərə görə akademik Mirəsədulla Mirqasımov adına mükafat;
akademik Məhərrəm Məmmədyarov - xüsusi texnika üçün vacib olan sintetik yağların yaradılması və kim¬ya sahəsində əldə etdiyi nailiyyətlərə görə akademik Yusif Məmmədəliyev adına mükafat;
geologiya-mineralogiya elmləri doktoru Fərid Dadaşov - geologiya sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə akademik Musa Əliyev adına mükafat.
Alimlərə adlı mükafatlarla yanaşı diplom və beş min manat həcmində pul mükafatı da təqdim olunub. /Teleqraf.az/
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi