Qırmızı.az
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri konqresmen Ed Roysu və onu müşayiət edən konqresmenləri qəbul edib.
Konqresmen E.Roys Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu deyib və bundan məmnunluğunu ifadə edib.
Konqresmenlər ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən
enerji, terrorizmə qarşı mübarizə və Əfqanıstanla bağlı uğurlu
əməkdaşlığı yüksək qiymətləndiriblər. Qonaqlar, həmçinin
Azərbaycanın Avropa strukturları ilə əməkdaşlığını yüksək
dəyərləndiriblər.
Dövlət başçısı isə ölkəmizlə ABŞ arasında ikitərəfli əlaqələrin
inkişafından məmnunluğunu ifadə edib. İlham Əliyev Azərbaycanın
ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın
genişləndirilməsinə böyük önəm verdiyini deyib.
Dağlıq Qarabağ münaqişəsinə toxunan prezident münaqişənin həlli ilə
bağlı ölkəmizin mövqeyini diqqətə çatdırıb. Ermənistan silahlı
qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal
edildiyini, bir milyondan çox soydaşımızın qaçqın və məcbur köçkün
vəziyyətinə düşdüyünü, Dağlıq Qarabağın və ətraf 7 rayonun işğala
məruz qaldığını vurğulayan İlham Əliyev münaqişənin ədalətli və
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı ATƏT-in
Minsk qrupu həmsədrlərinin konkret addımlar atmalarının vacibliyini
qeyd edib.
Görüşdə ABŞ nümayəndə heyətinin Azərbaycana bu səfərinin ölkəmizlə
yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığı bildirilib,
səfərin əlaqələrimizin yeni sahələrinin müəyyənləşdirilməsi
baxımından önəmi qeyd edilib, ikitərəfli münasibətlərimizin
müxtəlif sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib. /"Trend"/
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO