Qırmızı.az
Orxan Zeynalov həbsxanada "vor zakon"la mübahisə edib
Moskvada “Matrosskaya tişina”da məhkəməsini gözləyən 30 yaşlı azərbaycanlı Orxan Zeynalov gürcü əsilli “qanuni oğru” Miton Qorqidze ilə mübahisə edib. Modern.az saytı xəbər verir ki, 61 yaşlı gürcü avtoritet soydaşımıza kamera yoldaşları ilə daim yalan danışdığına görə xəbərdarlıq edib.
Rusiya KİV-ində verilən məlumatda qeyd edilir ki, Azərbaycan vətəndaşı olan Orxan saxlanıldığı zaman polislərin ona qarşı qanunsuz hərəkətlər etməsindən danışıb, ancaq sonradan Zeynalovun polis əməkdaşlarını təhqir etdiyi üzə çıxıb. Bundan sonra Miron ona xəbərdarlıq edib, Orxan isə buna əhəmiyyət verməyib, nəticədə gürcü “qanuni oğru” əsəbiləşib. Məlumata görə, oğru qanunlarını başa düşməyən Zeynalov döyülməliymiş. Amma təcridxananın əməkdaşları təhlükəsizliyini nəzərə alaraq onu karserə salıblar.
Qeyd edək ki, gürcü “qanuni oğru” Miron Qorqidze keçən il iyulun 20-dən burada saxlanılır. O, Rusiya paytaxtında heroinlə tutulub. Miron kriminal aləmdə Mirikiya kimi tanınır.
Orxan Zeynalov ötən il oktyabr ayında Moskvadakı Biryulevo rayonunda Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinir. /azinform/
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi