Qırmızı.az
Ombudsman təcridxanada NİDA-çılarla görüşüşüb
Milli Preventiv Qrupun üzvləri Bakı İstintaq Təcridxanasında NİDA-nın üzvləri ilə görüşüblər.
Ombudsman Aparatının mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında (BİT) saxlanılan NİDA Vətəndaş Hərəkatının üzvləri ilə görüşüblər. Görüşdə MPQ-nin həkim üzvü də iştirak edib.
Həmin şəxslərlə konfidensial qaydada söhbət zamanı onlar saxlanılma şəraitindən və müəssisə əməkdaşlarının rəftarından şikayət etməyib, səhhətlərində hər hansı bir pozuntu aşkar olunmayıb.
Eyni zamanda, həmin şəxslər 17 aprel 2014-cü il tarixdən aclıq aksiyası keçirdiklərini bildirsələr də, bu barədə yazılı qaydada BİT-in rəhbərliyinə müraciət etməyiblər.
Habelə müəyyən edilib ki, adıçəkilən şəxslər əvvəlki kamera yoldaşları ilə bir yerdə saxlanılır, müəssisə həkimi tərəfindən bir neçə dəfə müayinə olunublar.
MPQ-nin həkim üzvü həmin şəxslərin bəzilərini maraqlandıran sualları cavablandırıb. Eyni zamanda, müəssisə həkiminə onların vəziyyətini nəzarətdə saxlaması tapşırılıb.
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı