Qırmızı.az
Şamaxıda sürüşmə aktivləşib
Bu dəfə torpaq sürüşməsi rayonun Əngixara kəndi ərazisində qeydə alnıb. Hadisə nəticəsində hektarlarla ərazidə relyef dəyişikliyi baş verib. Əsas səbəb son günlər müşahidə olunan intensiv yağışlar və qrunt sularının bu əraziyə axıdılmasıdır.
Kəndlilərin pay torpaqlarında qeydə alınan bu hadisə ərazini
əkin-biçin üçün yarasız edib. Əvvəllər bu ərazilərdə üzüm bağları
yerləşirdi. Bəlkə də elə bu səbəbdən sürüşmələr nadir hallarda baş
verirdi. Hazırda burada nə üzümlük, nə də ağac var. Elə buna görə
də hər il yaz aylarında sürüşmə təbii olaraq aktivləşir.
Sonuncu sürüşmə təqribən 2 ha ərazini əhatə edib. Ümumilikdə isə
sürüşmənin miqyası 6 hektardan çoxdur. Yaxınlıqda yaşayan sakinlər
təlaş içindədirlər. Onlar evlərə, tikililərə ziyan dəyə
biləcəyindən narahatdırlar. Bu səbəbdən ətrafda aparılan tikinti
işləri dayandırılıb. Çünki bu halın təkrarlanmayacağına kimsə
zəmanət vermir.
Məsələ aidiyyəti qurumları da hərəkətə keçməyə vadar edib. Artıq
Rayon İcra Hakimiyyəti problemin həlli istiqamətində müvafiq
qurumlara tapşırıqlar verib. /Kanal S/
-
Magazin111:53
“Mənə intim təkliflər edib, əmr verirlər” - Faiq Ağayev
-
Magazin111:28
“50 yaşında kişiyə ərə getmək istəyərəm” - VİDEO
-
İdman10:38
Bellinqemin yeni uğuru: Özündən 4 yaş böyük modeli ovsunlayıb - FOTOLAR
-
Sosial09:30
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir