Qırmızı.az
Salyanda vəhhabinin saqqalını qırxdılar
Azərbaycanın Salyan rayonunda vəhhabilər kütləvi etiraz aksiyası keçirməyə hazırlaşır.
Məlumata görə, onların bu yola əl atmasına səbəb rayonun Arbatan kəndində vəhhabilərdən birinin saqqalının məcburi qaydada qırxılması olub.
Bundan sonra qəzəblənən vəhhabilər sakinlərə aqressiv münasibət bəsləməyə başlayıblar. Kütləvi qarşıdurmadan ehtiyat edən rayonun hüquq-mühafizə orqanları ciddi tədbirlər həyata keçiriblər. Terror təhlükəsindən sığortalanmaq məqsədilə kənd məktəblərində və xəstəxanalarda 24 saat polis növbəsi təyin olunub.
Əməkdaşımızla söhbətində yerli sakinlər deyib ki, kənd ərazisində az qala qeyri-rəsmi fövqəladə vəziyyət elan edilib: “Vəhhabilər bir müddət əvvəl kənd qəbiristanlığında bəzi məzarları dağıdıblar. Özlərini kənddə çox pis aparırlar. Onların marağına xidmət etməyənlərə sataşırlar. Məktəblilər arasında vəhhabi təbliğatı aparırlar. Bu da bizim narazılığımıza səbəb olur”.
Salyan rayon Polis Şöbəsinin Arbatan kənd sahə inspektoru Əhməd Məmmədzadə faktı qismən təsdiqləyib: “Hər iki tərəf dindirilib. Ciddi narahatçılığa əsas yoxdur, vəziyyət nəzarət altındadır”. / Aznews.az/
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı