Qırmızı.az
Xaçmazda zəncirvari qəza: İki nəfər yaralanıb
Xaçmazda zəncirvari qəza baş verib, iki nəfər
yaralanıb.
Hadisə Xaçmaz şəhəri Atatürk və 20 yanvar küçələrinin
kəsişməsində qeydə alınıb. 26 yaşlı Xaçmaz şəhər sakini Nail
Məmmədovun idarə etdiyi "Niva" markalı avtomobil öncə 21 yaşlı
Xaçmaz şəhər sakini Elvin Cəfərovun idarə etdiyi "Vaz 2107" markalı
nəqliyyat vasitəsi ilə toqquşub.
Bu zaman idarəetməni itirən "Niva"nın sürücüsü Nail Məmmədov
avtomobilini yol kənarında dayanan 27 yaşlı Xaçmaz şəhər sakini
Fuad Cəfərova məxsus ı "Vaz 21015" markalı nəqliyyat vasitəsinə
vurub. Lakin toqquşma bununla da bitməyib. Daha sonra "Niva"
markalı avtomobil daş hasara çırpılıb.
Nəticədə 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Qəza zamanı xəsarət alan şəxslər "Niva"nın sürücüsü Nail Məmmədov və "Vaz 21 07"nin sürücüsü Elvin Cəfərov Xaçmaz Mərkəzi rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Tibb müəssisəsindən RTV-yə verilən məlumata görə, yaralıların vəziyyəti orta-ağırdır.
Qəzanın dəqiq başvermə səbəbləri Xaçmaz rayon Polis Şöbəsində aparılan araşdırmaların sonunda məlum olacaq. /Rtv/
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO