Qırmızı.az
"Nargin" adasında yaradılacaq cənnət necə olacaq? (FOTO)
“Nargin” adası kimi tanınan “Böyük Zirə” adasının gələcək taleyi memarların yaradıcılıq müzakirəsinə verilib.
ANS PRESS-in məlumatına görə,
aprelin 26-da Azərbaycan Memarlar İttifaqında “Azərbaycan
mirvarisi” adlanan turizm layihəsinin müzakirəsi keçirilib.
Tanınmış memar Rasim Babakişiyev təqdim etdiyi layihənin əsas
məqamları barədə tədbir iştirakçılarını məlumatlandıraraq bildirib
ki, adanın relyefi burada hər cür infrastruktur yaratmağa imkan
verir. Layihədə müasir dövrün bütün tələb və təklifləri nəzərə
alınıb. Adaya gələn turistlər burada qədim Azərbaycan ənənələrini
görmək imkanını qazanacaqlar. Layihənin əsas üstünlüyü isə odur ki,
burada yaşayan sakinlər üçün bütün infrastruktur layihələri icra
olunacaq.
Müzakirələrdə iştirak edən memarlar dəyərli təkliflər irəli
sürüblər. Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə və
digərləri çıxışlarında layihənin peşəkarcasına hazırlandığını qeyd
ediblər.
Bakı arxipelaqının ən böyük adası
olan Böyük Zirə-Nargin adasında hazırlanacaq “Azərbaycan Mirvarisi"
turizm layihəsinin dünyada analoqu yoxdur. Layihə ölkəmizə
gələnləri heyrətə gətirəcək.
Bakının sahil xəttindən 10 km məsafədə yerləşən Nargin adasının
turizm məqsədi ilə istifadəsi üçün layihə hazırlanır. "Azərbaycan
mirvarisi" adlanan bu layihə həyata keçiriləndən sonra ölkəmizə
turist axını da artacaq. Bura gələcək turistlər Azərbaycan
mədəniyyəti və tarixi ilə tanış olacaqlar. İnşaat işlərində
millilik nəzərə alınacaq. İlk olaraq tikiləcək Karvansaray oteli
isə milli üslubda olacaq. Layihənin memarı Rasim Babakişiyev deyir
ki, adaya gələn turist özünü orta əsrlərdə hiss edəcək.
Bu adada dini tolerantlıq da nəzərə alınıb. Ərazidə məscid, kilsə
və sinaqoq da inşa olunacaq. Adada böyük beynəlxalq tədbirlər və
sammitlərin keçirilməsi də mümkün
olacaq. Belə ki, bu məqsədlə layihədə 2 böyük otelin arasında
universal zal tikiləcək. Zal 3000-3500 nəfər üçün nəzərdə tutulub.
Adanın layihəsində də gənclər üçün xüsusi məkan nəzərdə tutulub. "Cavanlar məhəlləsi"
adlanan həmin ərazi müxtəlif əyləncə məkanları ilə fərqlənir.
Layihəyə görə, adada benzinlə işləyən avtomobillərdən istifadə
olunmayacaq. Ekoloji təmizliyi qorumaq üçün burda qolf maşınlar
hərəkət edəcək. "Azərbaycan mirvarisi" ilə yaxından tanış olmaq
istəyənlər isə adaya Azneft meydanı və Zığ qəsəbəsindən gəmi ilə
gedə biləcəklər.
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO