
Bir neçə gün öncə paytaxtın əsas yollarından sayılan Nobel prospektində baş verən çökmə yenidən aktivləşib. Bu səbəbdən gecə saatlarından etibarən yolun hər iki hərəkət istiqamətinin bir zolağı xüsusi lent vasistəsilə əhatəyə alınıb.
Hadisə ilə bağlı “Azərsu” və “Azəryolservis” səhimdar
cəmiyyətlərindən verilən açıqlmada, çökməyə yeraltlı su sızması
səbəb göstərilib. Məhz bu sızmanı müəyyən etmək üçün ərazidə
geofikizik araşdırmalara başlanılıb. İş icraçılarının verdiyi
məlumata görə, yolun bağlanmasına səbəb də bu araşdırmları dəqiq
yekunlaşdırmaqdır.
Bundan əlavə yolda çökməyə səbəb olan kanalizasiya kollektorunun
ümumi sahəsi də artıq müəyyən olunub. Geofikizi araşdırmalar
bitdikdən sonra ərazidə qazıntı bərpa işlərinin başlanılacağı
gözlərinir.
Nəzərə alsaq ki, günün pik saatlarında bu yolda avtomobillərin
hərəkətində sıxlıq müşahidə olunur, o zaman sözü gedən prospektin
təmir olunaraq qısa zaman ərzində sürücülərin istifadəsinə
verilməsi daha yaxşı olar. /Ans/