Qırmızı.az
Həkimlərə baltalı hücum
Çağırışa gedən həkimlərə hücum olub. Moskvanın Kapotnya rayonunda "Psixiatrik yardım" dəstəsi adəti üzrə çağırış qəbul edib və öz işini görməyə yola düşüb.
Kapotni kvartalındakı 11 saylı binanın yanındakı hadisə yerinə gələndə onların üstünə baltayla silahlanmış bir kişi hücum edir. Sanitarlar kişinin adekvat olmayan bu hərəkətinə təəccüblənsələr də, özlərini müdafiə etməyə çalışırlar.
Müdafiə və aqressiv kişidən qorunma cəhdi
həkimlərdən birinin əlindən yaralanması, digərinin isə kəllə-beyin
travması alması ilə nəticələnib. Hücum edən kişi baltası ilə
birlikdə naməlum tərəfə qaçaraq gözdən itib.
İnsident barədə hüquq mühafizə orqanlarına
müraciət edilib, hücum edən kişinin axtarışına başlanıb.
Axtarılan şəxsin ağır xəstə olduğu, eyni zamanda
uzun zaman psixiatr qeydiyyatında olan təhlükəli pasient olduğu
bildirilir./Anspress
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO