Qırmızı.az
Əlillərin də istifadə edə biləcəyi avtobuslar gətiriləcək - VİDEO
Bu gün əlillərin ən böyük problemlərindən biri cəmiyyətə inteqrasiya olunmamasıdır. İnteqrasiyada yaranan ən başlıca səbəb isə onların küçədə, yolda, ictimai nəqliyyatda nəzərə alınmamalarıdır.
Düzdür, indi bəzi yerlərdə də xüsusi panduslar quraşdırılıb ki,
əlillər əlil arabası ilə həmin panduslardan istifadə edərək hərəkət
etsinlər. Amma buna heç də hər yerdə rast gəlinmir, xüsusilə də
ictimai nəqliyyatda. Yəqin bir çoxlarınız avtobuslarda əlil
arabasında olan sərnişinə rast gəlməməsiniz. Amma artıq Nəqliyyat
Nazirliyi əlilləri nəzərə alaraq Bakıya yeni avtobusların
gətirilməsini reallaşdıracaq ki, həmin avtobuslarda quraşdırılan
panduslar vasitəsilə əlil insanlar da onlardan istifadə edə
biləcəklər.
Birinci qrup əlil Saleh Əzizli deyir ki, onun kimi xəstələr üçün bu
çətindir, istədiyim yerə çox gedib-gələ bilmirəm, avtobusa minə
bilmirəm, anam qaldırıb-düşürə bilmir. Amma liftli avtobuslar olsa,
xaricdəki kimi, biz də rahat minib düşə bilərik.
Xarici ölkələrdə əlillərə yaradılan şəraitin Azərbaycanda da tətbiq
olunmasını istəyən 23 yaşlı birinci qrup əlil olan müsahibim, indi
ictimai nəqliyyatdan istifadənin çox çətin olduğunu deyir.
İstismarda olan avtobusların heç birinə minə bilməyən Saleh Əzizli,
ancaq London taksilərindən istifadə edir. Bu taksilərdə əlil
arabalarının qalxıb-enməsi üçün şərait var. Amma bu da müsahibimin
cibinə görə deyil.
Saleh Əzizli bildirir ki, balaca taksiyə minmək üçün məni kimsə,
götürməlidir qucağına və taksiyə mindirməlidir. Ancaq London
taksiləri vasitəsilə gedib-gəlirəm, bu da mənim büdcəmə ziyan
edir.
Bu gün ictimai nəqliyyatdan istifadə edə bilməyən əlil, təkcə Saleh
deyil. Bu, ölkədəki 530 min əlilin problemidir. Onların bir yerdən,
digər bir yerə getməsi çətinliklə başa gəlir. Elə bu məsələ
Nəqliyyat Nazirliyinin də diqqətindədir. Nazirliyin mətbuat
xidmətinin rəhbəri problemi aradan qaldırmaq üçün bir neçə
mütəxəssisin Almaniya, Koreya və Özbəkistanda araşdırma
apardıqlarını dedi. Öyrənilən təcrübənin isə tətbiqinə çox az
qalıb.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun
sözlərinə görə, dünyada bir neçə praktika var, bir əlillər üçün
xüsusi avtobuslar var, onları hər gün işə aparıb gətirir, bir də
var ki, işləmir evdən çxıb harasa, istirahət etmək üçün gedir.
Onların sayı az olduğu üçün gətirilən yeni avtobuslarda əlillər
üçün xüsusi yer nəzərdə tutulur.
Artıq bu avtobuslara əlil arabaları ilə birgə qalxıb-düşə
biləcəklər. Ancaq bu cür şərait paytaxtda gətirilən yeni
avtobuslarda olacaq. İstifadədə olan digər avtobuslara da tətbiq
olunması nəzərdə tutulmur.
Namiq Həsənov qeyd etdi ki, avtobusa intensiv minib-düşən
sərnişinlər arasında fiziki qüsuru olan insanların faizinin çox az
olduğundan, onlar üçün ancaq bir köşə nəzərdə tutulur: “Yəni bütöv
bir avtobus əlillər üçün nəzərdə tutulmayıb. İndi inşallah yeni
avtobuslar gətiriləcək. Bu məsələlərin həlli də nəzərdə
tutulur.”
Əlillər üçün şəraitin yaradıldığı avtobusların bu ilin sonuna qədər
gətirilməsi gözlənilir.
Gediş haqqına gəlincə isə bu, avtobuslarda standart qiymət tətbiq
olunacaq.
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO