Qırmızı.az
DƏHŞƏT: Bakıda bina evində 20 it saxlayan var - VİDEO
Paytaxtın mərkəzində mənzilində bir sürü it saxlayan tapılıb. Bəli səhv eşitmədiniz, bir yox, bir sürü, amma bilinmir onlara olan həvəsdən, ya maddi maraqdan. Elə bu məqam da qonşuları narazı salıb.
Bağ evində it saxlayan insan görmüşdük, amma bina evində 20 dənə it
saxlayan insan görməmişdik. Daha dəqiq desək, Nəsimi rayonu,
Süleyman Rəhimov küçəsi, 52 a ünvanında yaşayan qonşular 50 saylı
mənzildə yaşayan qonşunun 20 dənə it saxlamasından şikayətlənirlər.
Ən çox şikayət edən isə 3-cü mərtəbədə yaşayan Anar
Qəhrəmanovdur.
Qonşu deyir ki, evdə pis iydən oturmaq olmur. İti saxlayan qonşunu
yalnız bir dəfə görüblər. 17-18 yaşlarında bir oğlan olduğunu
dedilər. Öğlanın nənəsilə birlikdə qaldığını deyirlər. Qonşu deyir
ki, 5-6 ay olar ki, həmin qonşu sözügedən mənzildə kirayədə qalır.
Dəfələrlə həmin mənzilin qapısını döysələr də açan olmayıb.
Bina sakini Anar Qəhrəmanovun sözlərinə görə, evdə səsdən, pis
iydən oturmaq olmur: “Bizim evdə balaca uşaq var. Hamısı
xəstəlikdir, nə qədər müraciət etsək də hələ heç bir köməyi
olmayıb".
Elə biz də sözügedən mənzilə yollandıq, qapını döysək də əvvəlcə
açan olmadı. Evdə isə itlərin səsini eşitdik, nəhayət ki, qapının
arxasından kiminsə səsini eşitdik. Qapını açmaq istəyimiz isə baş
tutmadı.
Başa düşdüm, amma qapı bağlıdır, məndə açar yoxdur, aça
bilmərəm.
Hər halda qapını açıb-açmamaq sakinin öz haqqıdır, amma hər halda
qapının arxasındakı oğlanın, açar yoxdur deməsi, bizə çox qəribə və
gülməli gəldi. Bundan sonra ərazi üzrə Mənzil İstismar Sahəsilə
(MİS) əlaqə saxladıq. Mənzil istismar sahəsinin mühəndisi
Allahverdi Allahverdiyev elə hadisə yerinə gəldi. Mühəndislə
billikdə qapını döydük, bü dəfədə qapını açan olmadı, amma bu
dəfəki qapı çalanda itlərin səsini eşitdik.
Mühəndis bildirdi ki, evin sahibi Cəmilə Hacıyeva ilə əlaqə
saxladığını dedi. Ev sahibi evində yaşayanların bağ evlərində iti
olsa da, amma mənzildə yalnız bir neçə gün iti saxladığını
bildirib. Hər bir halda isə şikayətçilərin şikayəti təmin
olunacağını söylədi. Amma əgər sakin evdə it saxlayarsa, o zaman
müəyyən tədbirlərin görüləcəyini dedi.
Allahverdi Allahverdiyev dedi ki, gərək bununla bağlı baytarlığa
müraciət edək: “İdarədən gəlib yoxlasınlar, görək o, itə hansısa
dərman vurulubmu?. Bunun üçün ona evdə saxlanılması üçün sənəd
verilməlidir”.
MİS mühəndisi məsələnin tezliklə həll olunacağını və qonşuların
şikayətinin təmin olunacağına söz verdi.
Ümid edək ki, bundan sonra sakinlər evlərində rahatlıq tapa
biləcəklər. Ən azı 20 it qorxusu onları müşayiət etməyəcək.
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı