Qırmızı.az
Müavinətlər üçün müraciətlər elektron qaydada olacaq (FOTO)
Bu gün Dövlət Sosial Müdafiə Fondunda yeni elektron xidmətlərin təqdimatı keçirilib.
Publika.az-ın məlumatına görə, tədbirdə çıxış edən fondun şöbə müdiri Məmməd Nuriyev ölkədə “elektron hökünmət”in formalaşdırılmasına ciddi diqqət yetirildiyini bildirib. Şöbə müdirinin sözlərinə görə, bu məmur- vətəndaş münasibətlərinin İKT vasitələrindən istifadə etməklə sadələşdirilməsinə xidmət edir:
“Fondun elektron xidmətlərindən biri də bu gün təqdimatı keçirilən məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlı elektron xidmətdir. Bu xidmət 5 növ müavinətlər üçün müraciətlərin elektron qaydada fonda təqdim olunmasını nəzərdə tutur. Bura əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olması, uşağa qulluq və dəfn üçün müavinətlər daxildir. Müavinətlərlə bağlı elektron xidmətdən istifadə edilməsi üçün adıçəkilən hər bir müavinət növü üzrə ayrıca proqram təminatı hazırlanıb. Yeni proqram təminatı əməliyyatların kağız üzərində deyil, elektron qaydada funksionallaşdırılmasını təmin edir”.
Şöbə müdiri onu da bildirdi ki, 2013-cü il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına 210 mindən yuxarı şəxsə müavinət ödənilib. O, belə böyük sayda kontingentə 5 müavinət növü üzrə xidmətin avtomatlaşdırılmasının şəffaflığı daha da artıracağını vurğuladı.
Gülxar
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO