Qırmızı.az
Bişkekdə Mir Cəlal Paşayevin 106 illiyi qeyd edilib (FOTO)
Qırğızıstanın paytaxtı Bişkekdə tanınmış Azərbaycan alimi, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin 106 illiyinə həsr edilmiş tədbir keçirilib. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu və Bişkek şəhər Mərkəzi KitabxanalarSisteminin birgə təşkil etdiyi tədbirdə Bişkek şəhər Şurasının deputatları, Mədəniyyət və Turizm İdarəsinin, Qırğızıstan Dövlət Kitab Palatasının rəhbərləri, tanınmış ictimai xadimlər, Azərbaycan diasporunun fəalları iştirak edib. Mərasimdə Mir Cəlalın Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə qırğız dilinə tərcümə olunmuş və ayrıca kitab şəklində nəşr edilmiş “Bir gəncin manifesti” əsərinin təqdimatı da keçirilib.
Bişkek şəhər Mərkəzi Kitabxanalar Sisteminin direktoru Gülsayra Dandıbayeva, Bişkek şəhər Şurasının deputatı Alimbay Sariyev, Bişkek şəhər Mədəniyyət və Turizm İdarəsinin direktoru Marlen Rakişev, Qırğızıstandakı Xəzər İctimai Birliyinin sədri Ziyəddin Hüseynov, Qırğızıstandakı Azərbaycan diasporunun fəalları və başqaları çıxış edərək vətənpərvərlik ruhunda yazılmış əsərin Qırğızıstan oxucuları arasında rəğbət qazanacağını deyiblər. Daha sonra Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov Mir Cəlalın həyat və yaradıcılığı haqqında iştirakçılara geniş məlumat verib.
Tədbir Bişkek şəhər Mədəniyyət və Turizm İdarəsinin incəsənət ustalarının ifası ilə davam edib. Sonda təqdimatı keçirilmiş qırğız dilində olan “Bir gəncin manifesti” kitabı iştirakçılara hədiyyə edilib.
-
Sosial23:48
Ali məktəbi yüksək nəticə ilə bitirən gənc QƏFİL ÖLDÜ
-
ABŞ23:24
Məşhur ailənin ən yaşlı üzvü VƏFAT ETDİ - FOTO
-
Magazin123:12
Aygün Kazımovanın bu geyimi görün neçəyədir - FOTO
-
Səhiyyə22:36
Bu xəstəliklər bağırsaq xərçənginə YOL AÇIR
-
İdman22:24
Azərbaycanda televiziya kanalına o rəhbərlik edəcək - FOTO/TƏYİNAT
-
Avropa21:15
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı belə QƏRAR VERDİ
-
Sosial21:05
Əhmədin müzakirələrə səbəb olan məhkəmə qərarı ilə bağlı RƏSMİ AÇIQLAMA
-
Sosial21:00
Sabah Bakının bəzi əraziləri QAZSIZ QALACAQ