Qırmızı.az
Dəm qazından zəhərlənmələr çoxalıb (VİDEO)
Bu il dəm qazından zəhərlənmə diaqnozu ilə müraciət edənlərin sayı ötən illərlə müqayisədə çox olub.
ANS TV-nin məlumatına görə, əsasən xəstəxanalara yaşlı nəslin
nümayəndələri müraciət edib.
Artıq qış mövsümü geridə qaldı. Elə bu mövsümün bəlası olan dəm
qazı təhlükəsi də tədricən sovuşmaqdadır. Bunu son günlər Kliniki
Tibbi Mərkəzin taksikalogiya şöbəsinə olunan müraciətlər də sübut
edir. Şöbənin müdiri Azər Maqsudovun sözlərinə görə, əsasən orta və
ahıl yaşlı şəxslər daha çox zəhərlənməyə məruz qalır. Şöbəyə üz
tutan xəstələrin əksəriyyətinin vəziyyəti orta-ağır və yüngül
olduğundan onlar evə buraxılıb. Yanvarın 1-dən bu günə kimi mərkəzə
gətirilən xəstələrdən ikisinin vəziyyəti nisbətən ağır olduğundan
həyatlarını xilas etmək mümkün olmayıb.
Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyir ki, aprelin son
günlərinəd 4 müraciət olub. Əsasən bizə müraciətlər iki gündən bir
olur. Müraciət edənlərin bəzilərinin vəziyyəit yüngül, bəzilərinin
isə orta-ağır olub.
Bakı Şəhər Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasında isə
ilin əvvəlindən bu günə kimi, rekord sayda dəm qazından zəhərlənmə
ilə bağlı çağırışlar olub. Stansiyanın böyük həkimi Leyla Musayeva
həmin çağırışların bir qisminə yerindəcə ilkin tibbi yardım
göstərildiyini dedi.
Böyük həkim Leyla Musayeva bildirib ki, son günlər də daxil olmaqla
ilin əvvəlindən bu günə kimİ ümumilikdə 864 nəfər müraciət edib:
“Onlardan 626-sı taksikalogiya yerləqşdirilib. Onların arasında
uşaqlar nisbətən azılq təşkil edib”.
Stansiyadan onu da bildirdilər ki, bəzən bu cür zəhərlənməyə məruz
qalan şəxslər xəstəxanaya yerləşdirilməkdən imtina edirlər, bəzən
də ilkin tibbi yardımı özləri göstərirlər ki, bu da dəm qazından
zəhərlənmə ilə bağlı halların sayının bir qədər də artmasına əsas
verir. Əsas olan həm də diqqəti əldən verməməkdir. Odur ki, bu cür
hallara qarşı əvvəlcədən tədbirili olmaq mütləqdir.
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR