Qırmızı.az
İlham Mirzəyevin elmi işi saxta çıxdı
Teleaparıcı İlham Mirzəyev barədə maraqlı məlumat yayılıb.
Xəbərdə bildirilir ki, İ.Mirzəyev bioqrafiyasında hansı ali məktəbi bitirməsi barədə heç nə yazmır. Sən demə, o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Ancaq sonradan psixologiyadan müdafiə edərək alim olub. Başqa sözlə, ixtisasını dəyişib.
Sual oluna bilər: Mədəniyyət və İncəsənət Universiteti hara,
psixologiya hara?
Haqlı sualdır. Bildirilir ki, İ.Mirzəyevin elmi işi saxtadır. O, bu
işi başqasına yazdırıb və alimlik dərəcəsi alıb. İlham Mirzəyev
həbs olunana qədər Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunun “Dinşünaslıq və
mədəniyyətşünaslığın fəlsəfi problemləri” şöbəsinin böyük elmi
işçisi vəzifəsini daşıyıb.
Qəzetin redaksiyasına məlumat verən mənbə deyir ki, belə bir şəxsə
psixologiya üzrə alimlik dərəcəsi almağa köməklik göstərənlər
əslində elmimizi rüsvay edən adamlardır.
“İlham Mirzəyev psixologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi
aldıqdan sonra falçılığa başladı. Bu elmi dərəcə çox adamı
çaşdırdığından onlar İlham Mirzəyevə üz tuturdular. O isə məharətlə
bu adın arxasında gizlənə bilirdi” - deyə mənbə bildirir.
O da qeyd edilir ki, İ.Mirzəyevin əlindən tutub onu elmə
gətirənlərdən biri AMEA-nın müxbir üzvü, psixologiya elmləri
doktoru, deputat Bəxtiyar Əliyev olub. Bəxtiyar Əliyev
falçı-psixoloqun “Posttravmatik stressin sosial psixoloji təhlili”
adlı dissertasiyasının elmi rəhbəri də olub.
Mənbə başqa bir maraqlı məlumatı da diqqətə çatdırır. Belə ki,
İ.Mirzəyevin “Çaşıoğlu” nəşriyyatında 2011-ci ildə çap olunmuş
“Ailənin sosial psixologiyası” kitabının elmi redaktoru Bəxtiyar
Həmzə oğlu Əliyevdir. Göründüyü kimi, Bəxtiyar Əliyevin İlham
Mirzəyevin psixologiya elminə “gəlməsində” müstəsna rolu olub.
Qeyd edək ki, aprelin 12-də Nərimanov Rayon Məhkəməsində
teleaparıcı İ.Mirzəyevlə bağlı məhkəmə prosesi keçirilib və məhkəmə
onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. O, dələduzluqda
ittiham olunur.("Yeni Müsavat")
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO