Qırmızı.az
Əli Həsənov tələbələrə kitab hədiyyə etdi
BDU-da ulu öndər Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Bu gün Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin
anadan olmasının 91-ci il dönümünə həsr olunmuş tədbir
keçirilib.
Tədbiri giriş sözü ilə universitetin rektoru, akademik Abel
Məhərrəmov açıb və ulu öndərin vətən, xalq qarşısındakı tarixi
xidmətlərindən bəhs edib. Bildirib ki, ulu öndərin 91 illik
yubileyi ilə əlaqədar keçirilən müxtəlif tədbirlərlə Azərbaycan
xalqı dövlətçiliyin, milli-mənəvi dəyərlərin qorunub saxlanması,
azərbaycançılığın güclənməsi, ölkənin inkişafı müstəvisində
hesabatlar verirlər. BDU da bu yubiley tədbirlərinə qoşularaq
müxtəlif işlərlə hesabat verir. Hər dəfə dediyim bir fikri bu dəfə
də təkrar etmək istəyirəm ki, xoşbəxt o xalqdır ki, onun ümummilli
lideri var. Xalq o vaxt daha da xoşbəxt olur ki, bi siyasi kurs
ölkədə uğurla davam etdirlir. Biz eyni zamanda fəxr edirik ki,
Heydər Əliyev Bakı Dövlət Universitetinin məzunu və fəxri doktoru
olub.
Sonra Azərbaycan Respublikası Przidenti Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsinini müdiri, professor Əli Həsənov
“Heydər Əliyev: Azərbaycanın XXI əsrdə əsas geosiyasi vəzifələri”
mövzusunda məruzə edib.
BDU-nun Gənc Alimlər Şurasının ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə elan etdiyi müsabiqə qalibləri mükafatlandırıldıqdan sonra Əli Həsənovun iştirakı ilə müəllifi olduğu “Geosiyasət” kitabı universitetə və BDU-nun Beynəlxalq münasibətlər fakültəsinin tələbələrinə hədiyyə edilib.
-
Magazin203:43
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO