Qırmızı.az
Ötən ay nazirliyə 450-ə yaxın müraciət daxil olub
2014-cü ilin aprel ayı ərzində İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə 450-ə yaxın müraciət edilib.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata
görə, müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, güzəştli
kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, nazirlik
tərəfindən göstərilən elektron xidmətlər, eləcə də nazirliyin
səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib.
Ümumiyyətlə indiyədək 195-2 Telefon Məlumat Mərkəzinə 25 minə yaxın
müraciət daxil olub.
Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə
cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə müvafiq
qaydada qeydiyyata alınaraq, nazirliyin aidiyyəti strukturları
tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və
müvafiq tədbirlər görülür.
Qeyd edək ki, 195-2 Telefon Məlumat Mərkəzi İqtisadiyyat və Sənaye
Nazirliyinin səlahiyyətlərinə dair sualların nazirliyə gəlmədən
operativ və ətraflı cavablandırılması məqsədilə yaradılıb. Ölkənin
istənilən ərazisindən stasionar və mobil telefonlardan məlumat
mərkəzinə zəng etməklə nazirliyin səlahiyyətlərinə aid məsələlərlə
bağlı müraciətlərə cavab almaq mümkündür. Telefon xidməti canlı
rejimdə, qanunvericiliklə təsdiq edilmiş iş günlərində, fasiləsiz
olaraq saat 09: 00-dan 18: 00-dək fəaliyyət göstərir.
Mərkəz tərəfindən göstərilən telefon məlumat xidməti
ödənişsizdir.
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO