Qırmızı.az
Babəkin heykəlini Xaçmazda hara apardılar? - VİDEO
Babəkin abidəsi Xaçmazın Xudat şəhərində 2009-cu ildə
qoyulub. Abidənin bu gundən rayon mərkəzinə köçürülməsinə start
verilib.
8-9 əsrlərdə yaşamış və Xürrəmilər hərəkatının başçısı olmuş
Babəkin abidəsinin yerinin dəyişdirilməsini rayon icra
hakimiyyətinin başçısının müavini Bəxtiyar Osmanov belə izah
etdi.
Xaçmaz şəhərində gedən abadlıq və quruculuq işlərilə əlaqədar
olaraq məsləhət görüldü ki, Babəkin at üzərindəki heykəli şimal
tərəfdən giriş qapısına yaxın ərazidə qoyulsun. Gələcəkdə burda
gözəl bir abidə ucaldılacaq.
Amma Babəkin heykəlini Xaçmaza aparmaq heç də asan başa gəlmədi.
Belə ki, Xudatdan-Xaçmazadək olan 23 km məsafəni nə az, nə çox -
düz 5 saat yarıma qət etmək mümkün oldu. Çünki yolboyu nəqliyyatın
hərəkətinə maneəçilik törətməmək, kommunikasiya xətlərini qorumaq
vacib idi.
Abidəni artıq şəhərin giriş qapısının yaxınlığında görmək
mümkündür. Burada bu günlərdə daha bir tarixi şəxsiyyətin 7-ci
əsrdə yaşamış ərəb xülafətinə qarşı vuruşmuş hökmdar Cavanşirin də
at belində abidəsi də ucaldılacaq. Bundan əvvəl isə Çənlibel
parkında Koroğlunun və Xətainin at üstündə heykəlləri qoyulub.
Beləliklə, Xaçmaz Azərbaycanda 4 tarixi qəhrəmanın heykəlinin
olduğu yeganə şəhərdir.
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO