Qırmızı.az
Boşanma müddəti uzun olmalıdır, ya qısa?
Azərbaycanda nikah müqavilələrinin bağlanmaması tərəflər arasında ciddi mülkiyyət mübahisələrinə səbəb olur. Bu barədə Trend-ə eksklüziv müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Ə.Hüseynli bildirib ki, mülkiyyət hüququnun toxunulmazlığı və
boşanmalardan, ümumiyyətlə, ailə-nikah münasibətləri pozulduqdan
sonra yaranan mülkiyyət münasibətləri çox ciddi problemə çevrilib:
"Çünki vətəndaşlar, xüsusən azyaşlı uşaqlarla birlikdə qadınlar
gözləmədikləri halda bir evdə yaşamalarına baxmayaraq, mülkiyyət
sahibi olmadıqlarını görürlər. Mən hələ məsələnin digər tərəfini,
qeyri-rəsmi nikahdan yaranan hüquqi münasibətləri demirəm. Bizə
ancaq vətəndaşlara xatırlatmaq qalır ki, nikah münasibətləri
rəsmiləşdirilən zaman ənənələrlə yanaşı, hüquqa söykənən addımlar
atmaq lazımdır, müqavilələr imzalanmalıdır, qadının adı mənzildən
çıxarışda öz əksini tapmalıdır ki, gələcəkdə mübahisələr
yaranadıqda, onun yaşamaq və mülkiyyət hüquqi qorunmuş
olsun".
Deputatın sözlərinə görə, qanunvericilikdə də var ki,
vətəndaşlar ailə qurarkən onlara nikah müqaviləsi bağlamaq təklif
olunur: "Mənə belə gəlir ki, həmin anda hüquqdan çox ənənələr
üstünlük təşkil edir. Hamı xoşbəxtlik arzu edir, hamı ailə qurarkən
gələcəkdə narahat edəcək amillər barədə düşünmür. Bu, emosiyalar
əsasında baş verir, lakin sonra mübahisə yarananda məlum olur ki,
ortada qadını, onun övladlarını qoruyacaq heç bir hüquqi sənəd
yoxdur".
"Azərbaycan qanunvericiliyində boşanma prosesi üçün qoyulan
müddətin az olması nikah münasibətlərinin pozulmasına təsir
edirmi?" sualına cavabında isə Ə.Hüseynli bildirib ki, boşanma
prosesi üçün qoyulan müddətin problem yaratdığını düşünmür: "Çünki
nikah iki şəxsin arasında olan müqavilədir. Bəzən müraciətlər daxil
olur ki, hakim işə baxır və humanist mövqedən çıxış edir, çalışır
ki, ailə qorunsun və saxlanılsın. Amma tərəflər israr edir və ikisi
də çalışır ki, boşanma tez baş versin. Məncə problem burda deyil,
hüquqi yolla, müddətlə yox, digər sosial-mədəni tədbirlərlə ailə
münasibətlərinə təsir etmək olar. Bu müddətin 3 ay, 2 ay və ya 6 ay
olması statistikaya ciddi təsir etməz. Çünki bu münasibətlər
sosial-mədəni sektora söykənir, nəinki hüquqi məsələlərə. Məncə bu
məsələyə vaxt itirməyə dəyməz".
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ