Qırmızı.az
Rafiq Hüseynov müalicə üçün Türkiyəyə qayıtmaqdan imtina etdi
“Rafiq müəllim əməliyyatdan sonra müayinə və müalicənin Türkiyədə davam etdirilməsinə tərəddüd edirdi”.
Bunu Modern.az-a açıqlamasında tanınmış diktor, xalq artisti Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynli deyib.
Onun sözlərinə görə, artıq müalicə və müayinə üçün Rafiq
Hüseynov Türkiyəyə getməyəcək:
“Düzü, bir neçə gün idi Rafiq müəllimin fikirləri qarışıq idi.
Türkiyə uzaq olduğundan növbəti müalicə üçün ora getməyə tərəddüd
edirdi. Ona görə də Türkiyəyə getməyi planlaşdırmırdı. Biz
Türkiyədəki nümayəndə heyəti, həkimlə danışırdıq. Lakin son anda
Rafiq müəllim Bakıda müalicə olunmasını istədi. Bu gün Əhliman
Əmiraslanovla görüşdük. Sabahdan kimya-terapiya Əhliman müəllimin
klinikasında aparılacaq. Bildiyiniz kimi, Rafiq müəllimin Türkiyədə
əməliyyat xərcini Heydər Əliyev Fondu öz üzərinə götürmüşdü. Çox
güman ki, müalicə və müayinənin Azərbaycanda da davam etdirilməsi
təmənnasız olacaq”.
Qeyd edək ki, xalq artisti Rafiq Hüseynov bir müddət əvvəl ağ ciyər xərçəngindən Türkiyədə əməliyyat olunub.
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO