Deputat 212 uşağı zorladı - DƏHŞƏT
Bizi izləyin

Qırmızı.az

Deputat 212 uşağı zorladı - DƏHŞƏT

Rusiyalı deputat Nikifor Jukov uşaqbazlıqda ittiham edilir.


Rusiyanın İstintaq Komitəsi Bryansk vilayətindən seçilən deputat Nikifor Jukova 212 azyaşlı uşağı cinsi zorakılığa cəlb etmə maddəsi ilə ittiham irəli sürüb.


İstintaqın verdiyi məlumata görə, Jukov 17 epizodda 14 yaşına çatmayan uşaqların zorlanması, 3 nəfər uşağa qarşı seksual hərəkətlər tətbiq etmək, 1 azyaşlı uşağı qrup şəklində zorlamaq və həmçinin 168 fakt üzrə 16 yaşına çatmayanlarla cinsi əlaqəyə girmə, 7 epizod üzrə uşaqları spirtli içkilərə aludə etmək epizodları ilə istintaq cəlb edilib.


İstintaqa cəlb edilən Jukovun bu cinayətləri 2007-ci il iyul ayından 2013-cü ilin may ayına qədər törətdiyini yəqin edib. Uşaqlara qarşı seksual hərəkətlər Bryansk vilayətinin Klimov, Novozıbkovskiy və Starodub rayonlarında olub. Deputatın əxlaqsız hərəkətlərindən 11-17 yaşında olan 30 məktəbli zərər çəkib. Jukov adədən aztəminatlı ailələrin qızları ilə tanış olaraq, onları maşınında gəzdirir, gözdən uzaq yerlərdə isə , onları cinsi əlaqəyə cəlb edir, mükafat olaraq sonda 500-1000 rubl (11-22 manat) pul ödəyirmiş və uşaqlara hadisə barədə heç kimə xəbər verməməyi tapşırırmış.

Həmin qızlardan 7-si ilə , o mütəmadi olaraq görüşürmüş. O həmçinin həmin qızları spirtli içkilərə də aludə edib. Hazırda Rusiyanın istintaq İdarəsində bu müdhiş cinayət işinin digər detalları araşdırılır. Müttəhim qismində cəlb edilən sabiq deputat Nikifor Jukovun iki avtomobili, dörd mülkü, Klimovsk rayonundakı torpaq sahələrinə də həbs qoyulub. Zərəçəkənlərin ailə üzvləri və qohumları da məhkməyə onlara dəyən ziyanın ödənilməsi üçün 20 milyon rubl ödəməsi barədə iddia ərizəsi ilə müraciət ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm