Qırmızı.az
İlham Əliyev xanım nazirə orden verdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 7-də Honduras Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri xanım Mireya Aquero de Korralesin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Publika.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası ilə Honduras Respublikası arasında qısa vaxt ərzində yaxşı tərəfdaşlıq əlaqələrinin qurulduğunu deyən dövlətim başçısı ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə etdi.
Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Honduras Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə xanım Mireya Aquero de Korralesin Azərbaycanın “Dostluq” ordeni ilə təltif edildiyini dedi və ordeni qonağa təqdim etdi.
Nazir xanım Mireya Aquero de Korrales Honduras Respublikasının Prezidenti Xuan Orlando Ernandes Alvaradonun salamlarını və Prezident İlham Əliyevi Hondurasa səfərə dəvətini dövlətimizin başçısına çatdırdı. O, Azərbaycanın yüksək mükafatlarından olan “Dostluq” ordeninə layiq görüldüyünə görə minnətdarlığını ifadə etdi.
Dövlətimizin başçısı Honduras Respublikasının Prezidenti Xuan Orlando Ernandes Alvaradonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Honduras dövlətinin başçısına çatdırmağı xahiş etdi.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO