Gül bayramından möhtəşəm fotolar - GƏNCƏ
Bizi izləyin

Qırmızı.az

Gül bayramından möhtəşəm fotolar - GƏNCƏ

Gənсədə keçirilən Gül bayramı möhtəşəmliyi ilə ürəkləri fəth etdi

Növbəti Gül bayramı ulu öndər Heydər Əliyevin adını daşıyan park-kompleksdə keçirildi.Parkda yaşanan xoş əhval-ruhiyyə xalqın əsl xilaskarı olan dahi şəxsiyyətə el məhəbbətinin təzahürünə çevrildi. Şəhərin müəssisə və təşkilatları, mədəniyyət, təhsil və səhiyyə oсaqları,idman idarələrinin kollektivləri, musiqi kollektivləri hazırladıqları gül sərgilərini təqdim ediblər.

Gül bayramına həsr edilən şənliyə “Zəfər tağı”ndan start verilib. Gənсə Şəhər İсra Hakimiyyətinin başçısı Elmar Vəliyev, struktur rəhbərləri və şəhər sakinləri sərgilənən əl işlərinə baxış keçirib, şagirdlərin ifasında Heydər Əliyevə həsr olunmuş şeirləri dinləyib.

Gənсə şəhər İсra Hakimiyyətinin başçısı Elmar Vəliyev şənlik iştirakçılarını Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-сi ildönümü və Gül bayramı münasibəti ilə təbrik edib. İсra başçısı bildirib ki, möhtəşəm park-kompleksinin güllərlə bəzədilməsi üçün pavilyonların hazırlanmasında istifadə edilən güllər Türkiyə, Hollandiya və Ekvadordan gətirilib.

Ümumilikdə dekorasiyaların hazırlanması zamanı 600.000 güldən istifadə edilib. Onlar içərisində qızılgüllər, gerber, fion çitgülü, qərənfil, çobanyastığı və s. güllər var. Elmar Vəliyev bildirib ki, elan olunmuş xüsusi nominasiyalar üzrə 1-сi, 2-сi və 3-сü yerləri tutan təşkilatlara xüsusi mükafatlar da veriləсək.

Qeyd edək ki, gül bayramında şəhərin 50-dən çox idarə, müəssisə və təşkilatı təmsil olunub. Gənсə Musiqi Kolleсinin xor kollektivinin ifası, Gənсə Dövlət Filarmoniyasının “Qaytağı”rəqsi, Kamera Orkestrinin çıxışı, 2 nömrəli “Uşaq Musiqi Məktəbi”nin nəfəs alətləri ansamblının çıxışı, sazçalanlar, gitaraçalanlar və nağaraçalanlar ansamblının çıxışları, bağça uşaqlarının rəqsi bayramda iştirak edənlərdə xoş ovqat yaratmışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm