FHN-də Heydər Əliyevin doğum günü münasibətilə tədbir keçirilib
Bizi izləyin

Qırmızı.az

FHN-də Heydər Əliyevin doğum günü münasibətilə tədbir keçirilib

Mayın 10-da Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilib.

Mayın 10-da Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, nazirliyin əməkdaşları tədbirdə iştirak ediblər.

Əvvəlcə nazirliyin əməkdaşları Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, onun önünə gül dəstələri qoymuşlar.

Fövqəladə hallar naziri, general-polkovnik K.Heydərov və tədbir iştirakçıları ulu öndərin abidəsinin önünə gül dəstələri qoydular, onun əziz xatirəsini ehtiramla yad etdilər.

Tədbirdə çıxış edən fövqəladə hallar naziri K.Heydərov bildirib ki, ulu öndərin anadan olmasının ildönümünü qeyd etmək üçün toplaşdığımız bu Akademiya, nazirliyin digər strukturları və obyektləri, həmçinin ölkəmizdə aparılan quruculuq işləri konteksində görülmüş digər mühüm işlər Heydər Əliyevin müdrik siyasətinin nəticəsidir: "Ümummilli liderimiz hələ Sovet İttifaqı dövründə başqa respublikalarda olmayan möhtəşəm obyektlərin istifadəyə verilməsinə nail olmuşdu. 2005-ci ildə yaradılmış Fövqəladə Hallar Nazirliyi ölkəmizdə təbii fəlakətlərin və texnogen mənşəli qəzaların nəticələrinin aradan qaldırılması, neft-qaz sənayesi, kənd təsərrüfatı və digər sahələrin təhlükəsiz fəaliyyətinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan Prezidenti cənab İlham Əliyev ulu öndərin bu siyasətini uğurla davam etdirir. Bu gün ölkəmizdə iqtisadiyyatda əldə olunmuş böyük nailiyyətlər, hərbi, kosmik və digər sənaye sahələrinin dinamik inkişafı Azərbaycanı dünyada nüfuzlu ölkələrdən birinə çevirmişdir. Bir çox ölkələr bizə həsəd aparır, bədnam qonşumuz işğalçı Ermənistan isə təşviş içərisindədir. Mən cənab Prezident İlham Əliyevi əmin edirəm ki, Fövqəladə Hallar Nazirliyi və onun strukturları gələcəkdə də Azərbaycan dövlətinə sədaqətlə xidmət edəcək, vətəndaşların təhlükəsizliyi və rahat həyatını təmin edəcəkdir. Bütün Azərbaycan xalqı kimi, biz də inanırıq ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın tezliklə azad olunacağı gün uzaqda deyildir".

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Ə.Hüseynov çıxışında bildirdi ki, FHN kollektivinin ulu öndər Heydər Əliyev haqqında söz deməyə ona görə haqqı var ki, bu nazirlik onun ideyalarının həyata keçirilməsində öndə gedən ən mühüm qurumlardan biridir.

Ə.Hüseynov müasir Azərbaycan dövlətinin qurucusu və banisi olan ulu öndərin demokratik və hüquqi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərindən ətraflı bəhs edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm