Qırmızı.az
Müdafiə Nazirliyi ölkə mediasına müraciət etdi
Müdafiə Nazirliyi təxribat xarakterli məlumatı qəti
surətdə təkzib edir.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu gün bəzi elektron kütləvi informasiya vasitələri sosial şəbəkədəki istifadəçiyə istinadən guya cəbhə bölgəsində atəşkəsin pozulması və bunun nəticəsində Silahlı Qüvvələrimizin şəhid verməsi ilə bağlı təxribat xarakterli məlumat yayıblar.
Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, belə bir hadisə baş verməyib, informasiyada adları qeyd olunan şəxslər ümumiyyətlə Silahlı Qüvvələrdə xidmət etmir, bu məlumatın heç bir əsası yoxdur və yayılan xəbər təxribat xarakteri daşıyır.
Təəssüf doğuran isə odur ki, Müdafiə Nazirliyi baş verən hər bir hadisə ilə bağlı rəsmi açıqlama verməsinə və məlumatların ilkin mənbədən dəqiqləşdirilməsi barədə dəfələrlə kütləvi informasiya vasitələri nümayəndələrinə müraciət etməsinə baxmayaraq belə dezinformasiya xarakterli xəbərlər yenə də yayılır və ictimaiyyəti çaşdırmağa cəhd göstərilir.
Müdafiə Nazirliyi növbəti dəfə kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə təkidlə müraciət edərək Silahlı Qüvvələrlə bağlı verilən məlumatlara milli təhlükəsizlik mənafelərinin qorunması baxımından daha həssaslıqla yanaşmalarını tövsiyə edir.
-
Rəsmi xronika15:30
İlham Əliyev sərəncam imzaladı
-
MDB14:42
Tezliklə Ərdoğanla görüşəcəm - Putin özü dedi
-
Sosial14:20
“Rahat Market”in işçiləri tüstüdən zəhərləndi
-
Region14:00
Aİ-nin Ermənistandakı missiyası ABŞ nümayəndələri ilə görüşdü: Bu məlumatları ötürdülər
-
Sosial12:49
DYP sürücülərə çağırış etdi
-
MDB12:15
Ramzan Kadırovun atasının müttəfiqinə sui-qəsd edildi - Moskvada nə baş verir?
-
Sosial11:33
Mağazaya girdi, hamının borcunu ödədi, yoxa çıxdı - Lənkəranda şok olay
-
Nida Xəbər 11:01
Türkiyədən Azərbaycana növbəti dəstək: Biz istəyirik ki...