Qırmızı.az
Bakıda 27 min müəllim imtahan verəcək
“Bakı şəhəri Təhsil İdarəsi tabeliyindəki təhsil müəssisələrindən 27007 nəfər sınaqdan keçəcək”.
AzVision.az xəbər verir ki, bu sözləri Bakı şəhər Təhsil İdarəsinin müdir müavini Elnur Əliyev deyib.
Onun sözlərinə görə, müəllimlər üçün sınaq imtahanları test
şəklində 4 variant və 80 sualdan ibarət olacaq:
“Təhsil Nazirliyinin tabeliyində olan 357 məktəbdən 1620 müəllim
iştirak edəcək. Təhsil Nazirliyinin tərkibində olan internat
məktəblərindən 592 müəllim iştirak edəcək. Bakı şəhəri Təhsil
İdarəsi tabeliyindəki təhsil müəssisələrindən 27007 nəfər sınaqdan
keçəcək. Məktəblərə müəllimlər üçün buraxılış vərəqəsi
göndəriləcək. Həmin vərəqdə imtahanın vaxtı və yeri göstəriləcək.
Sınaq qiymətləndirməsində məktəblərdə daimi vəzifə tutan müəllimlə,
analıq vəziyyətin də əvəz edən müəllimlər iştirak edir. Sınaq
qiymətləndirməsində məktəb direktorları, psixoloqlar, laborantlar,
uşaq birliyi rəhbərləri, sosial məzuniyyətdə olanlar iştirak
etməyəcəklər”.
Tədbirdə çıxış edən Elnur Əliyev regionlarda sınaq imtahanlarının
keçirilməsinə münasibət bildirib. Onun sözlərinə görə, sınaq
imtahanları bölgələrdə də keçiriləcək:
“Amma hələ ki Bakıda əhali daha çox olduğu üçün ilk növbəsdə burda
keçirilməsi nəzərdə tutulur. Növbəti mərhələlərdə yaxın müddət
ərzində bölgələrdə də bu sınaqlar keçiriləcək”
Qeyd edək ki, Bakı şəhəri üzrə Təhsil idarəsi tərəfindən iyun
ayında paytaxtın ümumtəhsil məktəblərində çalışan müəllimlərin
sınaq qiymətləndirilməsi keçiriləcək. sınaq qiymətləndirilməsi 3
istiqamətdə fənn, metodika, kommunikativ qabiliyyətlə dair sorğu
əsasında aparılacaq.
Sınaq qiymətləndirməsinin fənn istiqaməti müəllimə öz bilik və
bacarığını obyektiv dəyərləndirmək , peşəsi üçün əhəmiyyətli olan
zəif və güclü cəhətlərini müəyyən etmək imkanı verəcək. Sınaq
qiymətləndirmələrinin metodika istiqaməti üzrə tapşırıqları
kurikumların tətbiqi, müasir təlim texnologiyaları ilə işləmək
bacarığı, şagird nailiyyətlərinin qiymətləndirilməsi və s. kimi
məsələləri əhatə edir. Kommunikativ qabiliyyətə dair sorğu –
müəllimlərin şagirdlərlə ünsiyyət qurmaq , özünüidarə keyfiyyətləri
və sinifdə münbit psixoloji mühit yarada bilmək bacarıqlarını
ehtiva edir.
Sınaq qiymətləndirilməsi diaqnostik tədqiqat xarakteri daşıyır və
müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirilir.
Qiymətləndirmə Bakı şəhərinin 12 rayonu üzrə ayrı-ayrı məktəblərdə
təşkil olunacaq və iki saat davam edəcək. Sinaq qiymətləndirməsi
ilə müəlimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və karyera
inkişafı, onların bilik , bacarıq və səriştəsinin artırılmasına
xidmət edən yeni sistemin yaradılmasına başlanılması nəzərdə
tutulur. Qiymtləndirmənin nəticələrinə əsasən, müəllimlərin peşə
fəaliyyəti stimullaşdırması meyarlarla dəyərləndiriləcək və yeni
yanaşmaya uyğun təlim proqramları hazırlanacaq.
-
ABŞ17:46
Tramp prezident olsa, Maskı müşavir edəcək - İDDİA
-
Dünya16:51
Zelenski ABŞ-a yaxın olan məmurları qovdu: Kiyevdə nə baş verir?
-
Sosial16:13
Güclü külək əsəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ
-
Cənubi Qafqaz15:38
Avropa İttifaqının missiya rəhbəri Qaragölə niyə gəlib?
-
Rəsmi xronika15:13
Prezident fərman imzaladı
-
Nida Xəbər 14:38
Göyçə mahalındakı bu mövqelər Azərbaycana verilir? - Rəsmi açıqlama
-
Bilgi.az13:56
Bir rolla tarixdə qalan aktyor: "Şofer Əhməd" ölümündən əvvəl son şəkli kiminlə çəkdirib?
-
Dünya13:31
Bu ərəb ölkəsindən şok addım: Fələstinin adını xəritədən sildilər