Qırmızı.az
Polis şöbələrində yoxlama aparılıb
Müvəqqəti saxlama yerlərinə başçəkmələr həyata keçirilib.
Ombudsman Aparatının mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, bu günlərdə ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Göygöl və Qazax rayonlarının polis şöbələrinin (RPŞ) müvəqqəti saxlama yerlərinə (MSY) başçəkmələr həyata keçirilib.
Başçəkmələrdə məqsəd saxlanılma şəraiti, saxlanılan şəxslərlə rəftar və əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icrası vəziyyətinin öyrənilməsi olub.
Adıçəkilən MSY-lərin standartlara cavab verdiyi müəyyən edilib, başçəkmə zamanı Göygöl RPŞ-nin MSY-də saxlanılan şəxs olmayıb.
Qazax RPŞ-nin MSY-də saxlanılan şəxslər saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onlara qarşı rəftarı ilə bağlı şikayət etməyiblər. Onların şəxsi işlərinə və saxlanılanların qeydiyyatı kitablarına baxış keçirilib, nöqsan aşkar edilməyib.
Həmin müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə əlaqədar tövsiyələr verilib.
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO