Qırmızı.az
Ağsu aşırımı bağlanacaq
Bakı-Şamaxı-Yevlax yolunun yenidən qurulması üçün nəzərdə tutulan layihə hazırlanır.
Kanal S xəbər verir ki, layihə çərçivəsində yolun Ağsu aşırımından keçən hissəsində aparılacaq təmir işləri zamanı yolun bağlanması nəzərdə tutulur. Bu zaman sürücülər alternativ olaraq Ağsu-Göylər-Şamaxı yolundan istifadə edəcəklər.
Yolun üzərində yerləşən bütün iaşə obyektləri və restoranlarda fəaliyyət müvəqqəti olaraq dayandırılacaq. Ağsu dolaylarında yerləşən DYP postu da artıq fəaliyyətini dayandırıb.
Ərazidəki obyekt sahiblərinin sözlərinə görə, yolun dağılmasında başlıca səbəb ağırtonnajlı yük maşınlarının ərazidən tez tez keçməsidir. Yoldan 3,5 tondan artıq yük maşınlarının keçməsinə, ərazidə müvafiq yol nişanlarının quraşdırılmasına baxmayaraq, hər axşam yoldan normadan artıq yüklənmiş avtomobillər keçir.
Ümumi uzunluğu 14 kilometr olan Ağsu dolaylarında təmir işlərinə nə zaman başlanacağı isə hələlik bəlli deyil.
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...