Qırmızı.az
Doğuşdan 4 gün sonra ölən ananın ürək ağrıdan hekayəti
Astara şəhərində qeysəriyyə yolu ilə dünyaya uşaq gətirən ananın ölüm səbəbi bəlli olub.
Anspress-in bölgə müxbiri məsələ ilə bağlı bütün
aidiyyatı şəxslərlə görüşərək məsələyə aydınlıq gətirməyə
çalışıb.
Belə ki, dünyaya gəlişindən 4 gün sonra anasız
qalan körpə indi Nağıyevlər ailəsi üçün göz dağına çevrilib. Uşağın
atası Ramin anasız körpəni ovundurmağın çox çətin olduğunu deyir.
Əmisi qızı Nərminlə 4 illik ailə həyatının meyvəsi olan
körpəsininnin doğuluşu atanı nə qədər sevindirsə də, həyat
yoldaşının doğuşdan 4 gün sonra qəfil ölümü hamını yasa batırıb.
Gənc ananın vaxtsız ölümünün səbəblərini ilk əvvəl zərərçəkən
tərəfdən öyrənməyə çalışdıq.
Nərminin atası Nadir Əsgərovun sözlərinə görə,
qızının ölümü təzyiqdən olub. Ginekoloq Elmira Əliyeva isə deyir
ki, Nərmin mayın 6-da, gecə saatlarında çox ağır vəziyyətdə mama
ginekoloji şöbəyə gətirilib: "Gətirilərkən təzyiqi çox yüksək
olduğundan dərhal bütün müayinələrdən keçirilib və xəstə cərrahi
əməliyyata götürülüb. Əməliyyat uğurla keçib. Əməliyyatdan sonra
xəstənin təzyiqi də normallaşıb. Mayın 10-da 23 radələrində
xəstənin qəflətən qan təzyiqi qalxıb. Təngənəfəslik yarandı. Biz
özümüzü çatdırdıq, nə lazımdır tədbirlər göstərdik. Amma xəstə
bizim gözümüzün qabağında göyərdi və vəfat etdi".
Ginekoloqun fikrincə Nərminin 148 kq çəkidə olması
da ağırlaşmalara səbəb olub. 27 yaşlı ana son anında qızını atasına
tapşırıb və adını da Rufanə qoyub. 3 kq çəkidə olan körpə ana
nəvazişindən məhrum böyüməli olacaq.
Qeyd edək ki, gənc ananın ölüm səbəblərini Astara
rayon prokurorluğu araşdırır.
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama