Qırmızı.az
Fərahim İlqaroğlunu döydürən idmançı həbs edilib
“Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunu döydürməkdə şübhəli bilinən idmançı Tural Bayamov saxlanılıb.
Dünən Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan idmançının buraxılması üçün əvvəlcə külli miqdarda pul müqabilində razılaşma olub. Amma son anda Daxili İşlər nazirinin müavinlərindən birinin müdaxiləsindən sonra Bayramov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilib və onun saxlanılmasının tam məxfi qalması tapşırılıb. Bu məxfiliyin səbəblərinə gəlincə isə, məsələnin bir ucunun daha yüksək vəzifəli şəxslərə gedib çıxmasıdır. Məlumata görə, hadisənin baş verməsinin əsl səbəblərinin ortaya çıxacağı təqdirdə cəmiyyətdə böyük səs-küyə səbəb olacağından DİN hələ ki, nə edəcəyini qətiləşdirməyib.
Odur k, DİN rəhbərliyi təqsirli bilinən şəxsin saxlanılması ilə bağlı informasiyaların sizdırılmaması üçün qəti tapşırıq verib.
Məlumatda həmçinin bildirilir ki, bu gün Ramil Usubovun “Yeni Müsavat” qəzetinin sahibi Rauf Arifoğlu ilə görüşməsi də məsələnin hansı həddə olması barədə ona məlumat vermək, DİN-in nəyə görə qəti addımlar ata bilməməsini dolayısı ilə ona çatdırmaq olub.
Qeyd edək ki, bir neçə gün öncə də mətbuatda Tural Bayramovun saxlanılması ilə bağlı xəbərlər yayılmışdı. Ancaq sonradan bu xəbərlər təkzib edildi. /AzNews.az/
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü