Qırmızı.az
Ölən ananın həkimi danışdı (YENİLƏNİB)
Sabirabadda doğuş zamanı Rzayeva Alidə Ağalar qızının həkimi ananın ölümü ilə bağlı danışdı.
Sabirabad Rayon Perinetal Mərkəzin direktoru Vüsal Məmmədov ANS
PRESS-ə açıqlamasında bildirib ki, Rzayeva Alidə bu gün səhər
saatlarında dünyasını dəyişib. Onun sözlərinə görə, A.Rzayevanın
üzərində ötən gün axşam tərəfi saat 17:00 radələrində qeysəriyyə
əməliyyatı həyata keçirilib. Lakin əməliyyatdan bir neçə saat sonra
qanaxma baş verib. Ana axşam saat 22:00 radələrində yenidən
əməliyyat olunub. Saat 23:00 radələrində isə xəstə özünə gəlib.
V.Məmmədov bildirdi ki, A.Rzayeva özünü yaxşı hiss etsə də, bu gün
səhər saat 08:00 radələrində dünyasını dəyişib. Həkimin sözlərinə
görə, xəstənin hansı səbəbdən öldüyü dəqiq bilinmir. Lakin ehtimal
olunur ki, A.Rzayeva qanaxmadan həyatını itirib.
Qeyd edək ki, Sabirabad Mərkəzi Rayon Xəstəxanasında 1987-ci il
təvəllüdlü Rzayeva Alidə Ağalar qızı qeysəriyyə əməliyyatı zamanı
ölüb.
10:45
Azərbaycanda daha bir ana doğuş zamanı ölüb.
ANS PRESS-in məlumatına görə, hadisə Sabirabad rayonunda baş verib.
Gənc qadın bu gecə saatlarında doğuş sancısı ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlər onun üzərində qeysəriyyatı əməliyyatı aparmağa qərar veriblər. Lakin doğuşa girən ana əməliyyat zamanı qanaxmadan keçinib.
Hadisə ilə bağlı araşdırma aparılır. Ətraflı məlumat veəcəyik.
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO