Qırmızı.az
Uşaq təşkilatının sədri orqanlarını bağışladı
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə orqanlarını bağışlayıb.
Birlik sədri bu barədə AzNews.az-açıqlamasında bildirib ki, məqsədi
insanları mərhəmətə çağırmaqdır.
“Düşünürəm ki, bu orqan transplantasiyalarının qeyri-qanuni istifadəsinin qarşısını almaq üçün kampaniya olsun”- deyən Ağazadənin sözlərinə görə, bəzən elə hallar olur ki, insanın beyni ölüb və illərlə aparata qoşulu vəziyyətdə qalır, ancaq ailəsi həmin şəxsin orqanlarının başqasına köçürülməsinə razılıq vermir:
“Bu, mənasız yerə vəsait xərcləməkdir. Əgər insanın beyni ölübsə, onun dirilmə ehtimalı sıfıra bərabərdir. Cəmiyyətə mesaj olaraq demək istəyirəm ki, onlar mərhəmətli olaraq sağ ikən orqanlarının bağışlanılmasının nə olduğunu və nə məqsədlə edildiyini dərk edə bilsinlər. Dəfələrlə ölümcül xəstənin yaxınlarına müraciət edilib ki, bəlkə o insanın orqanı kiminsə həyatını xilas edə bilər. Amma dediyim kimi razı olmayıblar. Bir çox ölkəlrədə bu normal qarşılanır. Amma təəssüf ki, bizdə bunu deyənin başını yarırlar”.
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi