Tağı Əhmədov: “Hər şey yaxşıdır, əlayam”
Bizi izləyin

Qırmızı.az

Tağı Əhmədov: “Hər şey yaxşıdır, əlayam”

Tağı Əhmədov: “Hər şey yaxşıdır, əlayam”

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov mətbuatda onun haqqında yayılan məlumatlara, o cümlədən oğlu, Xətai rayon məhkəməsinin hakimi Rauf Əhmədovun keçmiş döyüşçü Bəxtiyar Kazımovun 22 min manatını mənimsəməsi barədə ittihamlara münasibət bildirmək istəməyib.

T.Əhmədov Publika.az-ın əməkdaşı ilə telefon söhbəti zamanı yalnız bunları deyib: “Hər şey yaxşıdır, əlayam”.

Xatırladaq ki, bir müddət əvvəl keçmiş döyüşçü Bəxtiyar Kazımov Bakı Metropolitenin keçmiş rəisi Tağı Əhmədovun oğlu, Xətai rayon məhkəməsinin hakimi R.Əhmədovun onun 22 min manatını mənimsədiyi bildirmişdi. Bu səbəbdən də Qarabağ əlilləri Xətai Rayon Məhkəməsinin və Ali Məhkəmənin qarşısında etiraz aksiyası keçirməyə hazırlaşırdı.

Lakin, Bəxtiyar Kazımov sonradan nəzərdə tutulan piketi keçirməkdən vaz keçdiyini bəyan edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm