Qırmızı.az
İki vəzifəli şəxs həbs edildi
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi “Fuad LTD” MMC-nin vəzifəli şəxslərinin dələduzluğu ilə bağlı məlumat yayıb.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsində ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün
məhkəməyə göndərilmiş “Fuad LTD” MMC-nin vəzifəli şəxslərinin
dələduzluq yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirmələri və
digər qanunsuz hərəkətlərə yol vermələri barədə cinayət işinin
materiallarından İmişli rayon sakinləri Səbirulla Əliyev və Siyab
Məmmədovun ayrı-ayrı şəxslərə qarşı dələduzluq etmələri faktı üzrə
ayrılmış cinayət işi üzrə istintaq tədbirləri davam
etdirilir.
Aparılmış istintaqla S.Əliyevin tanışı
S.Məmmədovla əlbir olub cinayət əlaqəsinə girərək Bakı şəhər
sakininin ona məxsus Mərdəkan qəsəbəsindəki bağ sahəsini digər
şəxslərə satmasına razılıq verməsinə nail olmaqla 21 min 600 manat
məbləğində pulunu ələ keçirməsində, "Fuad LTD" MMC-nin direktoru
Qasım Məmmədovun etibarından sui-istifadə edərək əldə etdikləri 3
ədəd mənzilin guya özlərinə məxsus olması və aldatma yolu ilə digər
şəxslərə satıb 86 min manat məbləğində özgənin küllü miqdarda
əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmələrində şübhələr
üçün əsaslar olduğundan S.Əliyev və S.Məmmədov Cinayət Məcəlləsinin
178.3.2-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən şəxs qismində
cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan
tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam
etdirilir.
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO