Qırmızı.az
Azərbaycandakı məhbuslarla bağlı ŞOK STATİSTİKA
“Azərbaycanda məhbusların 20 faizə yaxınının şəxsiyyət vəsiqəsi yoxdur”.
Bunu AzNews.az-a açıqlamasında Ombudsman Aparatının İşgəncələrin
qarşısının alınması şöbəsinin müdiri və Milli Preventiv Qrupunun
rəhbəri Vüqar Məhərrəmov deyib.
V. Məhərrəmovun sözlərinə görə, məsələ ilə bağlı Ombudsman Aparatı
Daxili İşlər Nazirliyi və “ASAN xidmət”in rəhbərliyinə müraciət
edib: “Müraciətdə bildirmişik ki, məhkumların bəzi hissəsinə
şəxsiyyəti təsdiq edən sənədin verilməsi təmin olunsun və həmin
sənəd cəzaçəkmə müəssisələrində məhbuslara təqdim edilsin”.
Şöbə müdiri vurğulayıb ki, hər bir məhkumun şəxsiyyət vəsiqəsinin
olması vacibdir:
“Bəzi hallarda məhkum müvafiq qurumlara müraciət etdikdə mütləq şəkildə şəxsiyyət vəsiqəsi tələb olunur. Məsələni araşdırdıq və belə qənaətə gəldik ki, bütün müəssisələr üzrə təhlil aparılsın. Artıq bu iş başa çatdırılıb. Müəyyən olunub ki, 15-20 faiz məhkumun şəxsiyyət vəsiqəsi yoxdur. Məhkumların özləri ilə söhbət zamanı bildiriblər ki, əvvəl şəxsiyyət vəsiqələri olub. Bəzilərinin isə ümumiyyətlə bu sənədi olmayıb”.
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü