Qırmızı.az
Bakıda qətlin üstü açıldı
![](https://publika.az/storage/upload/publika.az1400148233Arrest_040209.jpg?v1728413161)
Bakıda baş verən qətlin üstü açılıb.
Publika.az-ın məlumatına görə, bu barədə Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsi birgə məlumat yayıb.
Məlumatda qeyd olunur ki, mayın 13-də Lənkəran rayon sakini, 1964-cü il təvəllüdlü Mehralıyev İltifat Nurməmməd oğlunun Sabunçu rayonunun Bakıxanov qəsəbəsində kirayədə yaşadığı evdə üzərində çoxsaylı xəsarətləri olan meyiti aşkar edilib və faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin tamah niyyəti ilə paytaxtın Nərimanov rayonunda kirayədə yaşayan, 1991-ci il təvəllüdlü Bədəlov Turqay Qulu oğlu tərəfindən törədilməsi müəyyən edilib. T.Bədəlov şübhəli şəxs qismində tutulub və cinayətin aləti olan bıçaq və iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
T.Bədəlov ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
Hadisə22:12
Bakıda xəstəxana yaxınlığında baş verən yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ
-
Magazin121:36
Səma Abiyeva mini ətəkdə pozalar verdi - FOTO
-
Yaxın Şərq21:24
Netanyahu Nəsrullahın iki varisinin məhv edildiyini ELAN ETDİ
-
Magazin121:00
Zümrüd ayda bu qədər QAZANIR
-
Hadisə20:24
Bakıda kişi avtomobildə əyləşən qadını döydü - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Sosial19:50
Süni ağardılan qənd, saxta düyü - Partlayış baş verən "Bolluq" MMC ilə bağlı SENSASİON İDDİALAR
-
Rəsmi xronika19:41
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi - YENİLƏNDİ
-
Sosial19:36
Deputatın təsis etdiyi şirkət AzTV-yə sendviç satacaq - TƏFƏRRÜAT