Qırmızı.az
Məhkəmə hakimləri işdən çıxarıldı
Məhkəmə-Hüquq Şurası 5 hakimi cəzalandırıb.
Bu gün ədliyyə naziri Fikrət Məmmədovun sədrli ilə Şuranın iclası keçirilib.
Vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiya şərait yaratdıqlarına, süründürməçilik və digər qanun pozuntularına yol verdiklərinə görə Goranboy rayon məhkəməsinin sədri Vidadi Nəsirovun, Gəncə inzibati-iqtisadi məhkəməsinin hakimləri Cavad İbrahimov və Rafiq Məmmədovun tutduqları vəzifədən azad olunması barədə qərarlar qəbul olunub.
Habelə Gəncə hərbi məhkəməsinin hakimi Vaqif Qədirovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, Şəki rayon məhkəməsinin hakimi Kamran Süleymanova irad tutulub.
İclasda qeyd edilib ki, məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarının daha da genişləndirilməsi, hakimlərin müstəqilliyinin təmin olunmasının gücləndirilməsi, o cümlədən onların fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması mexanizmlərinin müəyyən edilməsi məqsədilə Şura tərəfindən təhlillər aparılıb.
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı