Qırmızı.az
Metrodakı yanğının səbəbi bəlli oldu
Bakı metrosunda baş verən tüstülənmə vaqonun mühərrikinin kabelində baş verən boşluqdan yaranıb. Bu barədə publika.az-a Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Tüstlənmiş qatar depoya göndərildikdən sonra mütəxəssislər tərəfindən yoxlama aparılıb. Məlum olub ki, vaqonlardan birinin mühərrikindən çıxan kabeldə boşluq yaranıb. Bu zaman kabel qızıb və əriməyə başlayıb. Tüstülənmə də bu səbəbdən baş verib.
Mətbuat xidmətinin rəsmisi səhər saatlarında yeni yoxlamadan keçmiş qatarlarda nə üçün nasazlığın olmasına aydınlıq gətirdi:
“Heç bir qatar yoxlamadan keçmədən xəttə buraxılmır. Lakin vaqonların əksəriyyəti köhnədir. Bu hadisələrin baş vermə ehtimalı var. Bu halların qarşısı almağa çalışırıq.”
N.Paşayev son vaxtlar qatarlarda nasazlığın tez-tez baş verməsinin də səbəbini açıqladı:
“Qatarlar istismar müddətini tam başa vurmayıb. Lakin başa vurmaq ərəfəsindədir. Yeni qatarların alınması ilə bağlı Fransa şirkəri ilə anlaşma memorondumu imzalanıb. Bir müddət sonra yeni vaqonlar alınacaq. Yeni vaqonlarla yanaşı, avadanlıqlar, idarəetməyə işarə verən rabitə xidmətlərinin alınması ilə bu qüsurların aradan qaldırmağa çalışırıq. Lakin nə qədər qatar alınması barədə dəqiq anlaşma əldə edilməyib”.
Qeyd edək ki, bu gün səhər Bakı Metropoliteninin "Koroğlu" stansiyasında 38 saylı marsrut üzrə hərəkət edən qatarın vaqonlarından birində tüstülənmə baş verib. Sərnişinlər təxliyə ediliblər. Tüstülənmənin qarşısı alındıqdan sonra qatar depoya göndərilib. Hadisə nəticəsində bütün xətlərdə qatarların hərəkətində ləngimə olub. Lakin artıq saat 08:39-dan etibarən qatarların hərəkəti bərpa edilib.
Gülxar
-
İdman12:57
Daha Ronaldoya ehtiyac yoxdur, Corcina brenddir: Görün nə qədər sərvəti var - FOTOLAR
-
Hadisə12:00
Generala ağır itki üz verdi - FOTO
-
Qoroskop11:12
Ən uğursuz bürclər açıqlandı: Onlar həyata geridə başlayırlar
-
Dünya10:12
İsraili şoka salan taktika: İran bacarmadı, "Hizbullah" isə görün nələr etdi
-
ABŞ09:54
Tramp ilk dəfə açıqladı: “Putin mənə bu haqda danışırdı, amma əngəllədim”
-
MDB09:18
Rusiyada böhran: Rekord sayda insan müflis oldu
-
Elm və təhsil08:22
Tələbələrə şad xəbər: Bu tarixdən təqaüdlər artırılır - VİDEO
-
Sosial07:15
Ermənilər oğlunun cəsədini vermək üçün nə istəyiblər? - Şəhid anası DANIŞDI