Qırmızı.az
Xocalı soyqırımı Hollandiya parlamentində gündəmə gələ bilər
Niderlanda yaşayan həmyerlimiz, Niderland Jurnalistlər Birliyinin üzvü, politoloq Vüqar Abbasov Niderland parlamentinin üzvü Mixel Servaeslə (Michiel Servaes) görüşüb.
Görüş barədə fikirlərini soruşduğumuz Vüqar Abbasov görüşün olduqca yüksək səviyyədə keçdiyini bildirib: “Görüş müsahibə almaq məqsədi ilə keçirildi. Ancaq orda həm də Azərbaycan torpaqlarının ermənilər tərəfdən işğalda olması, Xocalı hadisələri və s. barədə müzakirələrimiz oldu. Mən cənab Servaesə bütün bu problemlərin Rusiya tərəfdən yarandığını bildirdim və istər onun, istərsə də digər avropalı siyasətçilərin tarixə yaxşı nəzər salmalarının lazım olduğuna diqqət çəkdim. Qeyd etdim ki, necə ki, Ukraynada, Gürcüstanda, Moldaviyada baş verənlər Rusiyanın işğalçılıq siyasəti kimi dəyərləndirilir, eləcə də Azərbaycan ərazilərinin işğalına o cür baxmaq lazımdır”. V.Abbas millət vəkilinin diqqətinə onu da çatdırıb ki, Ermənistan hər zaman Rusiyanın təsiri altında olub və bu gün də belədir “Misal olaraq martın 27-də Ermənistan BMT Baş Assambleyasının Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən və Krımdakı referendumu tanımamaqla bağlı irəli sürdüyü qətnamənin əleyhinə, Azərbaycanın isə leyhinə səs verməsini göstərdim. Xocalı hadisələrinin Niderland parlamentində müzakirə olunması və digər bu kimi məsələlər də görüş zamanı müzakirə olundu. Bu yaxınlarda mətbuata daha ətrafl məlumat verəcəm və aldığım müsahibəni oxuduqda da söhbətimiz barədə geniş bilgi almış olacaqsız” – deyə həmyerlimiz əlavə edib.
Müsahibə yaxın günlərdə həm Azərbaycan, həm də Niderland mətbuatında yayımlanacaq.
Elnur Eltürk
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO