Qırmızı.az
GDU-da sabiq rektorun vaxtında nöqsanlar olub
Gəncə Dövlət Universitetinin sabiq rektoru Yadigar Əliyevin dövründə adıçəkilən ali məktəbdə müəyyən nöqsanlar aşakar edilmişdi.
Bununla bağlı Təhsil Naziri Mikayıl Cabbarov tərəfindən Y. Əliyev şiddətli töhmət almış və daha sonra Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilmişdi.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı jurnalistlərə açıqlmasında ali məktəbin yeni rektoru ( həmin dövrdə prorektor vəzifəsində çalışan) Yusif Yusibov qeyd edib ki, həmin nöqsanlar imtahanlarla bağlı idi : “O zaman Yadigar Əliyevə xəbərdarlıq edilsə də, universitet rəhbərliyi tərəfindən həmin neqativ halların qarşısı alınmamışdı. Ona görə də sabiq rektora şiddətli töhmət verilmişdi”. Rektor onu da qeyd edib ki, hazırda universitetdə imtahanlar şəffaf qaydada aparılır : “Hazırda məzunlar semester imtahanı verir. Əmin ola bilərsiz ki, imtahanlar tam şəffaf qaydada aparılır”.
Y. Yusibov rəhbərlik etdiyi GDU-da saxta diplom aşkarlanıbmı sualına da aydınlıq gətirib : “Saxta diplomla bağlı Gəncə Dövlət Universitetində heç bir problem yoxdur. Kimsə universitetin adından saxta diplom verə bilər. Amma bizim universitet özü saxta diplom verə bilməz”.
Rektorun sözlərinə görə, GDU-nun bir çox müəllimlərin məqalələri beynəlxalq və xarici jurnallarda dərc olunub: “Məsələn, universitetimizin baş müəllimi Zəhra Əliyevanın Avropa Birliyinin “ Journal of alloüs and compounds” və “Şpringer” nəşriyyatında dərc olunub.
Gülşanə Mustafayeva
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər