Qırmızı.az
Yayda hansı qidalar zəhərləndirir?
"Yay fəslində hava isti olduğuna görə, mikrobun inkişafı üçün “əlverişli” şərait var. Buna görə də, qidaların qorunması təmin edilməlidir. Ərzaqların mağazada olduğu kimi, evdə də normal saxlanma şəraitinə əməl edilməlidir". Bu sözləri publika.az-a açıqlamasında Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəhbəri İmran Abdullayev.
Şöbə müdiri bildirib ki, yay fəslində ən önəmli məsələ qidaların saxlanma şəraitidir:
“Tez xarab olan qidaların soyuducuda saxlanmasına fikir verilməlidir. Saxlanma şəraiti pozulsa, gec xarab olmayan qidaların belə tərkibinin, keyfiyyətinin dəyişməsi mümkündür. Çünki isti mühitdə kif göbələkləri, mikroorqanizmlər, qidanın təkibində olan qida maddələrin kimyəvi reaksiyalara girməsi nəticəsində zəhərlənmələr baş verir.”.
İ.Abdullayev yay fəslində zəhərlənmələrin daha çox ev şəraitində hazırlanan yeməklərdə baş verdiyini deyib:
“Bu qidaların saxlanma və hazırlanma qaydalarına əməl edilməlidir. Çünki istənilən qidadan zəhərlənmək mümkündür. Zəhərlənmənin qarşısını almaq üçün qidanın saxlanma şəraiti müddətinə və kənar təsirlərdən qorunmasına şərait yaradılmalıdır”.
İmran Abdullayev yay fəslində ictimai iaşə, yeyinti sənayesi obyektlərində plana uyğun olaraq yoxlamalar aparılacağını deyib. Onun sözlərinə görə, vətəndaşlardan, təşkilatlardan hər hansı müəssisənin fəaliyyəti barədə şikayət daxil olarsa, plandan kənar yoxlamalar keçiriləcək.
Gülxar
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi