Qırmızı.az
Heydər Əliyevin irsini əks etdirən elmi-biblioqrafik göstərici nəşr olunub
AMEA Mərkəzi Elmi Kitabxanası ümummilli lider Heydər Əliyevin zəngin irsini əks etdirən 2 cilddən ibarət “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” adlı çoxcildliyinin elmi-biblioqrafik göstəricisini çap edib.
Publika.Az-ın verdiyi xəbərə görə, AMEA Rəyasət Heyətinin qərarı ilə çap olunan göstəricinin elmi redaktoru akademik İsa Həbibbəyli, tərtibçi müəllifi filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlidir.
Biblioqrafik göstəricinin 1-ci cildində “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyində əks olunmuşsiyasi, ictimai və sosial əhəmiyyətə malik materiallar “Dövlətçilik, müstəqillik və demokratiya”, “Milli təhlükəsizlik”, “Ordu quruculuğu”, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi”, “İqtisadiyyat”, “Neft strategiyası”, “Aqrar siyasət”, “Elm və təhsil”, “Mədəniyyət, ədəbiyyat, dil, incəsənət”, “Bədən tərbiyəsi və idman”, “Tibb və səhiyyə”, “Milli-mənəvi dəyərlər”, “Qadın və ailə”, “Uşaq və gənclər” bölmələrdə, 2-ci cildində isə “Dünya azərbaycanlıları”, “Dövlətlərarası münasibətlər, beynəlxalq təşkilatlar”, “Tarix və tarixi hadisələr”, “Azərbaycanın şəhərləri və bölgələri” bölmələrdə oxucuya təqdim edilir. Ən yaxın və şanlı tariximizin araşdırılması, Heydər Əliyev dühasının Azərbaycan tarixindəki təkrarsız xidmətlərini öyrənmək üçün nəzərdə tutulan göstəricidə eyni zamanda, ümummilli liderin səhəti ilə bağlı mütəmadi Azərbaycan ictimaiyyətini məlumatladıran Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatlarına da xüsusi bölmədə yer verilib.
Həmçinin külliyatın buraxılışına məsul, akademik Ramiz Mehdiyevin sonuncu cilddə əks olunan “Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan – ümummilli lider Heydər Əliyevin qadir siyasətidir” məqaləsi və biblioqrafik göstəricinin hazırlanması layihəsinin rəhbəri akademik Akif Əlizadənin “XX əsrin qüdrətli siyasi lideri” məqaləsi də xüsusi yer tutur. “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyi üzrə ilk elmi biblioqrafik göstərici kimi hazırlanan bu nəşr sistemliliyi, əhatəliliyi, daxili strukturu ilə diqqəti cəlb edir.
Publika.Az
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Magazin130 Aprel 23:12Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə REAKSİYA
-
Səhiyyə30 Aprel 23:00Macar Cərrahdan BÖYÜK UĞUR: Döyünən yaralı ürəyə küçədə tikiş atdı
-
İdman30 Aprel 22:36Qurban Qurbanov: "Həmişə çempion olası deyilik ki..."
-
MDB30 Aprel 21:00"Qiyamət radiosu" yeni sirli söz yayımladı
-
Sosial30 Aprel 20:48Azərbaycanda çörək bahalaşıb? - RƏSMİ AÇIQLAMA
-
Sosial30 Aprel 20:36Paytaxt sakinlərinin NƏZƏRİNƏ: bu yollar təmirə bağlanır - FOTO
-
Dünya30 Aprel 19:48Cəsədlərinin qalıqları kiçik qutularda ailələrinə təhvil verildi

















.png)
.jpg)














